Əliyev və Zelenskidən mühüm siyasi gediş

 

Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfər etmişdir. İlham Əliyev Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirilib. Hər iki tərəf, bu səfərin çox vacib olduğunu bildirir. Söhbət yeni layihələrdən getməkdədir. Ukrayna mətbuatının verdiyi xəbərə əsasən, İlham Əliyev və Vladimir Zelenskinin görüşündə Azərbaycan Gürcüstan, Ukrayna və Moldovanı birləşdirəcək yeni layihələrdən söhbət açılmışdır. Yalnız yeni layihələrin hansı şərtlər əsasında yaradılacağı hələlik məlum deyildir. Diqqətlə bölgəyə baxsaq görərik ki, GUAM ölkələrinin bu layihələrinə Rusiya təzyiq edə bilər. Nəzərə alsaq ki, hər 4 ölkənin ərazisinin bir parçasını Rusiya işğal altında saxlamaqdadır.

Bu layihə qaz-neft kəmərləri və “İpək Yolu” nun bir qismi kimi də dəyərləndirilməkdədir. Bununla Azərbaycanın dəmir yolu xətti, qaz-neft xətti Mərkəzi və Şimali Avropaya bir başa çıxış əldə edə bilər.

İllərdir ki, Rusiya və Ukrayna arasında baş verən gərginlik, Azərbaycana böyük imkanlar yaratsa da, şimal qonşularımız bizə mane olmaq üçün əllərindən gələn hər şeyi etmişlər. Lakin ortada hər zamankı kimi bir “əmma” nın olduğunu bilirik.

Əgər, İlham Əliyev bu layihələrə razılıq versə, Rusiyadan gələn təzyiqlərin neçə olduğunu hesablamaq lazım olacaqdır.

Amma, digər tərəfdən isə, bu görüşdə İlham Əliyev Rusiyanın elçisi rolunda da çıxış edə bilər. Yəni Əliyev, Zelenskiyə Rusiyasız bu layihələrə başlamağın mənasız olduğunu qeyd edə bilər.

Bir sözlə, Kiyevin Moskva ilə danışıqlara getməsi inandırıcı görünmür. Əvəzində isə, Ukrayna Rusiya aqressiyasına son verilməsini tələb edəcəkdir. Göründüyü kimi, siyasətdə hər gediş keçmişə və gələcəyə zəncirvari bağlıdır.
Əgər Qərb İlham Əliyevə zəmanət versə, Azərbaycan Ukrayna ilə bu layihəni gerçəkləşdirə bilər. Məslənin geopolitik tərəfinin çox qəliz olduğu aydın görünür. Bir tərəfdən Rusiya aqressiyasından sığortalan və digər tərəfdən özünə zəmanət al.

Görünür, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova, ən yaxşı halda bölgədə baş tutacaq 3+3 layihəsinə qoşula bilər. Guam ölkələri, bu gedişlə digər tərəfdən Çin vasitəsi ilə özlərini sığortalaya bilər.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın