Əlievlər varsa, Qarabağ yoxdur.

Üç     aydan artıqdır ki, əks  hücum İ. Əliyevin  xəyanəti nəticəsində  dayandırılmışdır.Rusun işğalçı ordusu Qarabağa yeridimişldir. İ. Əliyev  Kələntəryanın soxuşdurduğu, mənasını anlamadığı bir kağıza  imza amışdır.Həmin tualetdə istifadəyə belə yaramayan  kağız parçasını İ. Əliyev  və onun ağlında olan yalançı, talançı,  oğru tərəfdaşları tam kapituliyasiya  aktı, ruslar və ermənilər isə manipuliyasiya kağızı kimi dəyərləndirirlər.Onlar sürətlə məskunlaşma və silahlanma aparır,rusların hərbi təyyarələri  ilə  Qarabağa ən müasir silahlar daşınır.Satqın Əliyev öz məkirli siyasətini-atasının vəsiyyətini yerinə yetirməkdə davam edir. Əhali minaların,  partlamamış sursatın movcudluğu ilə qorxudulur,əraziyə buraxılmır, tabe olmayanlar partladılır, yaxud böyük məbləğdə cərimə edilirlər.Əliyev Araikin ayağına elçilər göndərdikdən və onun tələblərinə  ona baş prokurorluq cinayət işi açmış interpolun xətti ilə axtarışa vermişdir tam təminat verdikdən sonra əhalinin gözünə kül üfürmək məqsədi ilə  əvvəl Şuşaya  sonra  isə Güləbirdə getmişdir. Bu halda da, Əliyev bütün hallarda olduğu kimi, qeyri səmimidir.Güləbirtdən  Laçına kimi xeyli yol var və təhlükəli hissə   də  elə oradadır.

İ.Əliyev Güləbirtdə yenə AXC-Musavat cütlüyü hakimiyyətinin dövründə satqınlıq baş verdiyini qarayaxmaları çıxışının leytmotivinə çevirdi.Təkrar-təkrar qeyd etdi ki,Azərbaycan xalqı torpaqların kimin düşmənə verdiyini yaxşı yadında saxlamalıdır.  İ. Əliyev narahat olma bu hal  üçün yaddaşımız sənin riyakarlıqla öyündüyün  dəmir yumruqdan  da  möhkəmdir.O paslanmayan poladdandır.Torpaqlar  düşmənə  H.Əliyev  tərəfindən  verilmişdir  və  bu  prosesdə  onun  tərəfindən  millətə  qarşı  çoxsaylı  cinayətlər   edilmişdir.Məhz  bununla  əlaqədar   olaraq  torpaqların   işğaldan  azad  edilməsi  istiqamətində  YAP  HAKİMİYYƏTİ  30  İL  müddətində  əhalini  aldatmaqla  məşğul  olmuş, heç  bir  iş   görməmişdir.Çünki  çox  gözəl  bilirdilər  ki, isti  izlərlə  H.Əliyevin  əsil  mahiyyətinin  açılma  ehtimalı  çox  yüksəkdir.Bu  isə  Əliyevlərin  Azərbaycan  tarixindən  biabırcasına  silinməsi  ilə  sonlanacaqdı.  Konkret  olaraq özümün gözlərimlə gördüyüm  bir- neçə epizodu qeyd edirəm və bildirirəm ki,mən  nə cəbhəçi, nə də ki,  musavatçı olmamışam və onlara qarşı rəğbətim də olmamışdır.Mən görürdüm kı, onlar elementar təsəvvürlərinin belə olmadığı yükün altına girmişlər və  bu millətə çox baha oturacaq.Bu mövqedə olduğumu mən heç vaxt gizlətməmişəm.

Tarix çox gözlətmədi. Qoyunlar padşahı Qorbaçovun axmağlından nəhəng SSRİ dağıldı. Yırtıcıların əlinə fürsət düşdü.H.Əliyev yaranmış əlverişli  şəraitdən  bütün varlığı ilə yolunda  süründüyü arzusuna çatmağa tələsdi.Öz qara kassasını, cinayətkar dəstəsini hərəkətə gətirdi.İlkin olaraq Naxçıvanı  ələ keçirdi.Eyni zamanda, vaxt itirmədən ermənilərlə separat danışıqlara  girdi, dayısı  Robert Köçəryanla qarşılıqlı hücum etməmək haqqında  faktiki  olaraq  Azərbaycana  qarşı sənəd imzaladı.Ermənilər Naxçıvanla sərhəddən  qoşunlarını çıxararaq Qarabağa yeritdi və Azərbaycanın hücumları dəf edildi.  Ermənilər mövqelərində möhkəmləndilər.H. Əliyev bununla qane ola bilməzdi. Ona Bakıda hakimiyyəti ələ keçirmək lazım idi.Bundan ötrü şeytanın özü ilə də əməkdaşlıq etməyə hazır idi.İşlərin sürətlənməsi üçün  kütləvi qırğın törədilməsi ən etibarlı və qısa yol idi.Ermənilərlə qohumluq və cinayət tərəfdaşlığı yenə  kara gəldi.XOCALI başçı Elman Naxçıvana çağırıldı,təlimatlandırıldı.KÖÇƏRYANLA  Birgə fəaliyyət proqramı işləndi,Xocalı qətlamı törədildi.H.Əliyev sədaqətli nökərlərindən biri olan və o vaxtlar müdafiyə naziri postunu tutan Əlisahib Orucova telerepartior Çingiz MUSTAFAYEVİ xüsusi vertalyotla hadisə yerinə çatdırmaq əmrini verir.Çingiz qocaların,  qadınların və körpələrin gülləbaran edildiyi əraziyə gətirilir.Kimliyi bu gün də açıqlanmayan digər repartiyor da orada çəkiliş aparmışdır.Çingiz öz işini vicdanla görür və tapşırığa uyğun olaraq materialları Moskvaya çatdırır. Material televiziya ekranlarına  çıxarıldı.Bunun  adını  Xocalı  həqiqətlərinin  dünyaya  çatdırılması  qoydular.Amma  H.Əliyev  o adam deyildir  ki,şəxsi  marağına  xidmət  etməyən  bir addım  belə  atsın.O  əhalini  vahiməyə  salmağın  yollarını   çox gözəl   bilirdi  və  ondan  çox  ustalıqla  istifadə  edirdi.Bir  şey  də  nəzərə  alınmalıdır  ki,özünümüdafiyə  batalyonları  buraxılmış   hiylədən  xəbər  tutaraq  müqavimət  göstərmək  istəyənlər  ya   məhv  edilmiş  yaxud  həbsə  atılmışdılar.Heydərin   emisarları  xeyli  vaxt  idi  ki,  əhali  arasında   dezinformasiya   yaymaqla  məşğul  idilər. Bu  namərd , şərəfsiz , xayin  yolla     bütün sərhədboyu rayonlar hərəkətə gətirildi.Köçhaköç=qaçhaqaç başlandı.Rayonlar  boşaldılaraq   düşmənə  təhvil  verildi.İ.Əliyev  həqiqəti  istəyirsənsə  budur  halal  həqiqət.Qeyrətli  namuslu  təmiz  millət  fədailərinin  qarasına  danışma  onlara  böhtan  atmaqla  özünü  insanların  gözündən  salma.Şkalada  noldan  aşağı,  harada ki,  sən  dayanmısan,  xətt  yoxdur axı.

Mən  Sumqayıtda yaşayan, lakin, ürəkləri laçınla döyünən əslən o bölgədən olan bir  qrup  ziyalını topladım və 1992-ci ilin aprel ayının ilk günlərini orada olduq.Çoxsaylı görüşlərimiz oldu.Tam əmin olduq ki, Xocalı barəsində teleekranlarda fasiləsiz olaraq fırladılan lentlər öz işini görmüşdür.Bizə bir kəlmə kəsməyə imkan verilmir,üstümüzə silah  çəkirdilər.Müdrik el ağsaqqalı, həkim-cərrah,böyük insan İzzət Sadıxovun[ ALLAH rəhmini rəhmanını üstündən əksik eləməsin] bir an belə  məni tək buraxmaması, yanımdan ayrılmaması məni güllələnməkdən  xilas etdi.Bir həkim olaraq yüzlərlə insanın həyatını xilas etmiş bu böyük ŞƏXSİYYƏT bir vətəndaş olaraq mənim məhv olunmağımın qarşısını aldı.Mən Sumqayıta döndükdən sonra bir- sıra konkret təkliflər verdim.Onlara əhəmiyyət verən tapılmadı.Hər  kəs öz başının hayında idi.

Ayaz Mütəllimov  istehfa verib canını qurtardı.Seçki təyin olundu və keçirildiSeçki günü   saat 11 radələrinə kimi hamı hesab edirdi ki,prezident kürsüsünə Yaqub Məmmədov oturdulacaqdır.Birdən situasiya dəyişdi.Elçibəyin hakimiyyətə gətirilməsi qərarının verildiyi elan olundu.Sumqayıtlıların hesablaşmaq məcburiyyətində olduqları Naxçıvan əsilli, vaxtı ilə H Əliyev tərəfindən yüksək  vəzifəyə gətirilmlş iki nəfər təşrif gətirdi.Elçibəyin qələbəsinin təmin edilməsi üçün  öz bacardıqlarını etdilər.Elçibəyin  məcmuca  türk olması,  həyatının  mənasını bu  millətə  xidmıtdə görməsi  çox şey desə də, hər şey demək  deyildi.H.Əliyevin Naxçıvanda yüksək  post tutaraq  faktiki olaraq  pozuculuq  fəaliyyəti  ilə  məşğul  olması  Elçibəy  hakimiyyətini  silkələdir,  bərkimək  imkanı vermirdi.Digər  tərəfdən H.Əliyev  ermənilərlə sıcaq  münasibətlər  quraraq  sərhədləri  daim  gərginlik  altında  saxlatdırır. Orduda  təxribatlarlara vüsət verilir,ölkə daxilində mövcud  olan qanunsuz silahlı  birləşmələrin  qanuni  hakimiyyətə  qarşı  qaldırılması  üçün  ardıcıl iş  aparılırdı.Nemət Pənahov  tez=tez  Gəncəyə  konkret  misiya ilə göndərilir   onun Surət  Hüseynov  və başqa maraqlı  adamlarla  görüşləri  təşkil  edilirdi.Nəhayət,  separat danışıqlar  aparılması,vəzifələrin   konkretləşdirilməsi üçün  H. ƏLİYEV  Gəncəyə  gəlir. Surət  Hüseynov,  Əlikram  Hümbətov  və orduda  onu  dəstəkləyən  yüksək  rütbəli  zabitlərlə  görüşür.Surət HÜSEYNOVUN  silahlıları  qiyama  hazırlanır.Bakıda  Ziyad Səmədzadə  və  Ramiz Mehdiyev    91-lər  adından  H.Əliyevin  Bakıya  dəvət  edilməsi  haqqında  saxta bir  müraciət  hazırlayaraq  yayırlar.Ziyad Səmədzadə  öz iş  otağından  Naxçıvana telefon  açır, guya  H. Əliyevi  tapa bilmir.Ölkə başçısının  təyyarəsi Naxçıvana göndərilir  və  H. Əliyev Bakıya  gətirilir.Əliyev  özünə  məxsus  riyakarlıqla,  bu xəstəlik  oğul Əliyevdə  daha qabarıq şəkildə müşahıdə edilir,  Surət Hüseynovla  görüşmək  istədiyini  bildirdi.Pənah Hüseynov artıq  Gəncəyə  göndrilmişdi.O artıq  S.Hüseynovu  inandırmışdı ki  H.  Əliev  son günlərini  yaşayır.İndi  əsas vəzifə  AXC-ni  yıxmaqdır.Sonra  Hüseynovun  ölkəyə  yiyə  durmasına  artıq  yol açıq olacaqdır. H.Əliyev  Gəncədə  S.Hüseynovu guya  ram  edir.   Bakıya  gələrək  Elçibəyi inandırır ki,  ona  müvəqqəti  olaraq  Kələkiyə  getmək  və  vəziyyətin sakitləşməsini  gözləmək  lazımdır.Elçibəy  Kələkidə elə  ilk  gün  tələyə  düşdüyünü  anlayr.Geri qayıtmağı qərara alır.Hava limanına  gəlir  və  təyyarəsinin  güllələnərək  istismara  yararsız  vəziyyətə  gətirildiyini görür.Elçibəy bu xyanəti  dərk  etməyə macal  tapana  kimi  H.Əliyev  respublikada  bütün  hakimiyyəti qəsb etdi.Milli Məclis  ələ  keçirildi. 100 FAİZ  SAXTALAŞDIRILMIŞ  protokollar  əsasında  əLİYEV  prezident  oldu.Vaxt itirmədən  qisasçılığa  start  verdi.Polis təcridxanaları qəssabxanaya  çevrildi.Konkret  bir  halı  qeyd edim. MM-də iclas  zamanı  Tağıyev  soyadlı  bir  nəfər  ondan  sordu  ki,  Azərbaycana  rəhbərlik  edərkən  Dağlıq   QARABAĞDA  gedən  proseslər  barəsində  məlumatı  olubmu.Əliyev,  əgər  bütün  digər  hallarda,  öz  həqiqi  üzünü  gizlətməyi  bacarırdısa  bu  dəfə  onu   etmədi.Bərk  əsəbi  vəziyyətdə  onun  sözünü kəsdi

H.Əliyev  hakimiyyəti  mənimsəyən  kimi  İlyas İsmayılova  partiyasının    Sumqayıt  şəhər təşkilatını yaratmaq və ona rəhbərlik etməyi  FƏZAİL  TAĞIYEVƏ  təklif   etməyi  tapşırdı  Hər  etimala  qrşı  təklifi  Moskvada  yaşayan  iş  adamı İ.Rəhimovun  adı  ilə  əlaqələndirdilər.Tağıyev partiyanın  qərargahına gələn kimi  onu  Sumqayıt polisinin  təcridxanasına  apardılar və  oradan  meyyitxanaya  göndərildi.Yalnız  indi=  hadisədən  30 –il keçdikdən  sonra  ona  despotun  ölüm hökmü  verməsinin  səbəbinə  aydınlıq  gəldi.Tağıyev  MM-də sual verərkən,  özü də bilmədən, Heydərin ömrü  boyu  xalqdan  gizlətdiyi  bir  məsələyə-kökunün ermənidən rişələndiyinə  işarə  vurduğunu  düşünmüş  və  onun  təxirə salınmadan aradan götürülməsinə  göstəriş  vermişdir.Polis  mundiri  daşıyan  mənəvi  şikəst killerlər də  sahiblərinin  əmrini köləcəsinə  icra  etmişlər.Eyni  zamanda  Mədət Quliyevin və Hacı  Məmmədovun  karatelləri  tam  sürətlə  boynalarını  işlədirdilər.Görkəmli  ziyalı,  tarixçi  akademik ,  Z.BÜNYADOV,   dövlət  xadimi  Afyəddin  Cəlilov   da      ailə  korrupsiyasının   qurbanlarıdır.H.Əliyevin  qəzərinə tuş  gələnlərin  sümüklərinın  sonradan  Qusada daimi istirahətdə  olduğu müəyyənləşdirildi.

İlham  Əliyev  xalqa  qarşı  qəddarlıqda  atasından da  bir  çömçə  üstündür.Özünün etirafına  görə  general  POLAD  HƏŞİMOVUN  VƏ ONUN  DÖYÜŞ  DOSTLARININ  durdurmasına  Nəcməddinə  göstərişi  o vermişdir.Üstündən  bir saat  keçməmiş  cəsur general  və  dostlarının  hücum xəritəsi  işlədikləri  müşahidə  məntəqəsinə  ermənilər  üç  mərmi  ataraq  onları  şəhid etmişlər. Bundan sonra  İ. Əliyev  Polad  Həşimovun  anasına telefon  açaraq  ona  başsaglıgı verir.

Bizim  kənddə  beləsini  mənəviyyatsız  adlandırır və  başına  dəysin  deyirlər.Bütün  Azərbaycan  xalqı  kəndçilərimizi  alqışlayır və Polad  HƏŞİMOVUN və  döyüşçü dostlarının  evdən  yox  eldən  getdiklərini  söyləyirlər.Onlaın  qatillərini  lənətləyirlər. Ar olsun deyirlər. Mən  hesab  edirəm  ki,bu fakt    onu  deməyə  əsas  verir ki,  İ.ƏLİYEV  N.Sadıxovu  bütün  bu  30  il ərzində  yalnız  ermənilərlə  əlaqələndirici  kimi saxlamış  və  hazıda  da  xüsusi  qayğı  göstərməkdə  davam  edir.Deməli,xain  İ.Əliyevin  elə   özüdür.  Satqın  və  xainlər  üçün  olan  cəzanı  almalıdır. O  təxirə  salınmadan  vəzifədən  uzaqlaşdırılmalı,  İstintaqa  cəlb  olunmalıdır.Əks  təqdirdə,  bunu  etməyə borclu olanlar  onunla  müttəhimlər  kürsüsünü  bölüşməli  olacaqlar.Əliyevlərin  varlığı  Qarabağın  yoxluğu  deməkdir.Bunu  arıq  ata   və  onun  sevimli  oğlu  hamıya  sübut  etmişlər.

 

Oxucularıma  dərin  məhəbbət  və   sayğılarla                                       TAHİR     BABAYEV

 

20.02.2021                                  050-331-58- 11

Bunu paylaş: