Əli Quliyev: Ukraynadan təcili xəbər…

Ukrayna Silahlı Qüvvələri demək olar ki , hər gün işğalçı rus ordusuna sarsıdıcı zərbələr vurmaqla , qələbəni daha bir addım yaxınlaşdırır . Son iki gündə cəbhənin müəyyən istiqamətlərində USQ -nin
uğurlu əks – hücumları bunu təsdiq edir . Kiyev şəhəri ətrafındakı bir sıra yaşayış məntəqələrinin işğalçılardan təmizlənməsi , düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi , düşmənin əvvəllər hakim olduğu bir sıra mövqelərindən 70 km məsafəyədək geriyə oturdulması , onu deməyə əsas verir ki , çox yaxın zamanlarda USQ ölkəni işğalçılardan tamamilə təmizləcəyəcək !
Ölkənin bir sıra yerlərində ,o cümlədən Sumi vilayətinin Trastayançi məntəqəsində yerləşən işğalçı qüvvələrə ciddi zərbələr endirilərək , şəhərin azad edilməsi, dünənin daha bir xoş xəbəridir ! İşğal olunmuş Xersonun Çernoboyevka aeroportunun dəqiq artileriya zərbələri ilə vurularaq ( USQ həmin aeroportda üçüncü dəfədir ki , düşməni darmadağın edir ) işğalçının xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb ! Həmin vaxt aeroportda olan Cənub hərbi dairəsinin 8 -ci ordusunun komandanı general- leytenant Andrey Mordivcev də məhv edilib ! Dünən gün ərzində 7 hərbi qırıcı , 3 helikopter ,4 PUA, 3 qanadlı raket vurulub ! Hava


məkanında Ukrayna hərbcilərinin möhtəşəm üstünlüyü , onların peşəkarlığı ilə yanaşı həm də USQ-yə ABŞ -dən edilən son yardımlarla da bağlıdır !
Ukraynanın Amerikadakı səfiri Oksana Markarova dünənki bəyanatında , belə bir məqamı vurğulayıb ki , Baydenin ABŞ tərəfindən edəcəyi hərbi yardımlar artıq Ukrayna ərazisindədir, sadəcə prezident Bayden indi açıqlayır !
Мartın 19 -u , müharibənin 23-cü günü ! Dirəniş davam edir !

Əli Quliyev.

Bunu paylaş:

Bir cavab yazın