Əli Quliyev: Ukraynadan son xəbər

Qəhrəman Ukrayna xalqı bütün dünyanı heyrətləndirməkdə davam edir. Davamlı artilleriya və raket zərbələri ilə Çerniqovu ələ keçirə bilməyən işğalçılar bugün Çerniqov yaxınlığında yerləşən 25 minlik əhalisi olan Slovutiç şəhərinə daxil olaraq, şəhərin merini oğurlayıblar və hər şey bundan sonra başlayıb. Bütün şəhər əhalisi uşaqdan böyüyə, bir nəfər kimi ayağa qalxıb işğalçıdan şəhəri tərk etməyi və meri azadlığa buraxmağı tələb ediblər.


Kütləni qorxutmaq üçün atılan güllələrin heç bir nəticə vermədiyini görən düşmən meri azad edib, özləri də şəhəri tərk edərək, öncə yerləşdikləri,
o qədər əhəmiyyət daşımayan döyüş mövqelərinə geri qayıdıblar! Bu bir ilkdir, olduqca böyük qəhrəmanlıqdan başqa, həm də müharibənin taleyini həll edə biləcək, yeni bir nümunədir. O nümunəni Qəhrəman Slavuticlilər ortaya qoydu; bir şəhid, üç -dörd nəfər yaralı verməkdən qorxmayaraq şəhəri azad etdilər!

Əli Quliyev.

Bunu paylaş:

Bir cavab yazın