Əli Quliyev: Ukraynadan operativ xəbərlər…

Dostlara Kiyevdən salamlar olsun!
İlk öncə ən xoş xəbəri sizə verim ki, Kiyev Jitomir şosesinin
50-ci km -də yerləşən Makorov qəsəbəsində yolu bağlamaq istəyən düşmən qrupun komanda məntəqəsi və bunu icra etmək istəyən hərbi birləşmə, texnika və şəxsi heyətlə birlikdə “Bayraktar”lar tərəfindən yerindəcə zərərsizləşdirilmişdir! Ukrayna Ordusunun kəşfiyyatı hər dəfə olduğu kimi bu dəfə də, yüksək profesionallıqla bircə nəfər də itki vermədən koordinatları “Bayraktar “lara ötürmüş, türk dronları isə, 20-yə yaxın tank
və BTR -i 50 nəfərlik cevik hərbi heyətlə birlikdə məhv etmişdir!

Qastomel hərbi aerodromu dəfələrlə əldən – ələ keçərək, önəmli mövqe kimi Kiyevi artilleriyanın, qradların, müxtəlif raketlərin atəş nəzarəti altında saxlayırdı. Müharibənin 17-ci günü Şanlı Ukrayna Ordusu artilleriya, qradlarla düşməni darmadağın etmiş, hərbi aerodromda xeyli silah, sursat
sıradan çıxarılmış, hərbçilərin bir hissəsi məhv edilmiş, bir hissəsi qaçaraq meşələrə çəkilmişdir!

Kiyev şəhəri bütün istiqamətlərdə
inanılmaz bir mərdliklə düşmənə müqavimət göstərir. Bəzi TV və
Youtube kanallarından, internet resurslarından guya Kiyevin mühasirə həlqəsinin daralması ilə bağlı verilən bütün məlumatlar yalandır və heç bir əsası yoxdur!

Dünən gecə hər otuz dəqiqədən bir verilən sirenalar bu gün xeyli səngiyib. Bu, dünən düşmənin
dərsinin çox möhtəşəm şəkildə verilməsi ilə izah edilməlidir!

Kiyev – Jitomir şosesi ilə Lvov istiqamətindən ərzaq, silah – sursat, könüllülər gəldiyindən
düşmənin bütün gücünü həmin
yolu bağlamaq cəhdləri anındaca alınır və hər dəfə düşmən ciddi itkilərlə qarşılaşır!

Xarkov şəhəri istiqamətində düşmənə göz açmağa imkan verilmir; artıq artilleriya və qradlardan şəhərin atəşə tutulması halları minimuma enib,
əksinə əks – hücumla bir necə məntəqə düşməndən azad edilib!

Çerniqovda vəziyyət getdikcə düzəlir; orda da, Belarus istiqamətindən olan hücumlar dayandırılıb və önəmli düşmən mövqeləri sıradan çıxarıldığından hərbi üstünlük Ukrayna hərbcilərindədir. Çerniqovda da
əks – hücumlarla xeyli yaşayış məntəqələri düşməndən təmizlənib!

Sumidə dinc əhali demək olar ki, tamamilə Poltova şəhərinə çıxarılıb. Düşmənin Kiyevə irəliləməsi Çerniqovda olduğu kimi, Sumidə də qeyri – mümkün kimi görünür!

Nikolayevdən şəhərə hücum cəhdləri heç bir nəticə vermədiyindən o cəbhədə də sakitlikdir!

Odessa istiqaməti zəif bənd olsa da, Nikolayev şəhəri işğalçıları geri püskürtdüyündən hələlik sakitlikdir! Odessa yaxınlığında olan gəmidə 600 nəfər dəniz piyadası Odessaya hücüm əmrini yerinə yetirməkdən imtina edib!

Mariopolda humanitar fəlakət hələ də davam edir, oradakı qədim Süleyman məscidi də atəşə məruz qalıb, orda xeyli həmvətənimiz və Türkiyədən olan qardaşlarımız olduğundan Türkiyə hökuməti ruslarla danışıqlar aparır, nəticəsi haqqında hələ ki, məlumat yoxdur!

Müharibə başlayandan düşmənin
30 batalyonu yararsız hala gətirilib, 13 batalyonu tam sıradan çıxarılıb, 18 batalyonu yarasız hala salınıb. Düşmənin canlı qüvvəsinin 30 faizi sıradan çıxarılıb və 16 günə canlı qüvvəsinin bu qədər itirilməsi fəlakətdir və müharibənin uduzulması deməkdir! 12 min ölü, 18 min yaralı, 1000 dən çox əsir iki -üç gün öncəki məlumatlardır və indi o rəqəmlərdə artımlar var!

Kütləvi fərarilik başladığından, cərimə batalyonları yaradılıb, və fərariləri güllələyirlər! Ona görə döyüşmək istəməyən əsgər və zabitlər ayaqlarını güllələyirlər ki, yaralı kimi hərbi hospitallara göndərilsinlər!

Rusiyada yaşayan və Moskva xəstəxanalarının birində işləyən tanış tibb işçisinin verdiyi məlumatlara görə, xəstəxanalar yaralılarla doludur! Onun dediyinə görə, öncə COVİD xəstələri üçün ayrılmış xəstəxanalar boşaldılaraq, yaralı əsgər və zabitlər yerləşdirilir!

Düşünürəm ki, yaxın kritik həftə
möhtəşəm dirənişin davam etdiriləcəyi təqdirdə ( mən buna adım kimi əminəm ), müharibədə qələbəyə yaxın bir şey olacaq və yəqin ki, ayın sonuna müharibə bitəcək, davam etsə belə formal olacaq!

Əli Quliyev.

Bunu paylaş:

Bir cavab yazın