Əli Quliyev: Ukraynadan müharibə xəbərləri

Gözəl Kiyev gecəsi, narın yağan yaz yağışı bir az olar dayanıb! Əvvəlki günlərlə müqayisədə xeyli
minimuma enən həyacan siqnalı da, Kiyevdə vəziyyətin stabilləşməsindən xəbər verir!

Bu gün əsas döyüşlər Xarkov istiqamətində olub, Xarkovun şimal hissəsində yerləşən düşmən qüvvələrinə ciddi artileriya zərbələri endirilib, xeyli texnika və canlı qüvvə itirən düşmən dövlət sərhədindən geri oturdulub, artıq inamla demək olar ki, Xarkov tam olaraq işğalçılardan azad edilib!

Cəbhə xəttinin digər istiqamətlərində düşmənin heç bir hərəkəti müşahidə edilmir. Bu tərəfdən işğalçı qoşunlarının silah-sursatının tükənməsi ilə bağlıdırsa, digər tərəfdən, artıq onları səmadan qoruyan qırıcıların uçuşunun xeyli məhdudlaşması ilə əlaqədardır!

USQ -nin “Alovlu Qılınc ” əks hücumu davam etdirilir!

Əli Quliyev.

Bunu paylaş:

Bir cavab yazın