Əli Quliyev: Ukraynadan bu günün xəbərləri

Dostlara Kiyevdən salam olsun. Dirənişin 26-cı günü!
Qəhrəman Ukrayna Xalqı və Şanlı Ukrayna Ordusu faşist Putini, işğalçı ordunu olduqca çıxılmaz duruma, aciz bir vəziyyətə salıb.
Dəfələrlə dediyim kimi, düşmən
döyüşlərdə uduzmağının hirsini,
hər gün itirdiyi saysız hesabsız hərbi texnikanın, canlı qüvvənin heyfini dinc sakinlərdən alır!
Dünən gecədən indiyədək, Kiyev
şəhəri artilleriyadan, raketlərdən atəşə tutulub. Gecə satlarında
Kiyevin Padol adlanan ərazisində
raket zərbəsindən 8 dinc sakin həlak olmuş, yaralananlar var!
Ukrayna Silahlı Qüvvələri düşmən mövqelərini bütün gecə və bu gün
artilleriya atəşi altında saxlayır. Sabahdan günorta saatlarınadək
şəhərin müxtəlif yerlərində partlama səsləri eşidilir! Düşmən Kiyevin alınmaz Qala olduğunu dərk edir və strategiyasını dəyişərək, bütün gücünü cənuba Xerson, Nikolayev istqamətinə, bir də Şərq istiqamətinə yönəldib. İşğalçı nəyin bahasına olursa olsun, Mariopolu işğal edərək, bu istiqamətdən Zaporojyeə çıxmaq, Cənub istiqamətindən Qara dəniz boyu işğalı tamamlayaraq Ukraynanın dənizə çıxışını blokada etməkdir!
Digər xoş olmayan xəbər, Belarus diktatoru Lukaşenkonun
Ukraynaya təcavüzlə bağlı gözlənilən qərarıdır! Belarus əhalisinin 97 faizi Ukraynaya təcavüzə yox desə də, Lukaşenko istənilən an bu addımı ata bilər!
Bütün bunlarla yanaşı İşğalçı ordunun hucum cəhdləri hər yerdə iflasa uğrayır. İşğalçı qüvvələrin Kirovoy Roq şəhərindən Zaporojeə keçmək cəhdləri artıq üçüncü dəfədir ki,
qarşısı alınıb, düşmən qüvvələri
darmadağın edilib!

Xarkov vilayətinin Üzüm şəhərində də düşmənin irəliləyərək, Severodonetsk,
irəliləyərək Luqanskinin inzibati ərazisinin sərhədlərinə çıxmaq planının qarşısı qəhrəmanlıqla alınır! Üzüm şəhərinin yarısına işğalçılar, digər yarısına UŞQ-i
nəzarət edir!

Digər yerlərdə nisbi sakitlik hökm sürür! Bütün cəbhə boyu hərbi, psixoloji üstünlük müqayisə olunmaz dərəcədə UŞQ-ləri tərəfindədir!

Məsələnin siyasi tərəfinə gəlincə qısa onu deyim ki, Zelenski hökuməti, Putinin Türkiyənin vasitəçiliyi ilə təklif etdiyi 15 bəndlik təkliflər paketinin qəbul edilməz olduğunu bildirib!
Keçirilən rəy sorğularının əksəriyyəti, ölkə əhalisinin 90 faizinin atəşkəsin,
yalnız, işğalçı qüvvələrin ölkəni tərk etdikdən sonra başlanmasını
istəyir! Ukrayna əhalisinin 90 faizə yaxını Krım daxil, bütün ərazilərin işğaldan azad olunması uğrunda mübarizə etmək əzmindədirlər!

Dirənişin 26 -ci günündə Ukraynalılar arasında böyük ruh yüksəkliyi hökm sürür, baxmayaraq ki, hər gün itkilər verirlər, doğmalarını itirirlər, evləri dağılır, var dövlətləri talanır, amma təslim olmaq fikirləri yoxdur və təslim olmayacaqları
mütləqdir! Ukraynalılar millət olaraq, AZADLIQSIZ və VƏTƏNSİZ yaşamağın, alternativinin ölüm olduğunu bütün dünyaya göstərdilər!
Ona görə də dünya Ukraynanın və Ukraynalıların yanındadır!
Azadlığnızı və Vətəninizi heç nəyə dəyişməyin, tək seçim ölüm olsa belə!

Əli Quliyev.

Bunu paylaş:

Bir cavab yazın