Əli Məsimlinin sualına cavabı İlham Əliyev və Mikayıl Cabbarov verməlidir…

Şəki Şəhərindən seçilən millət vəkilli Əli Məsimli Milli Məclisdə çıxışı zamanı vacib məsələlərə toxunmuşdur. O, bir müddət əvvəl Şəkidə olduğunu və seçiciləri ilə görüşdüyünü qeyd etmişdir. Əli Məsimli Azərbaycanın gözəl guşələrindən biri olan Şəkidəki işsizliyin artmasından şikayətlənmişdir. Deputatın sözlərinə görə, seçicilər ona rayonda iş yerlərinin olmadığını və əhalinin sürətli şəkildə köç etdiyini bildirmişdir.

Deputatın bu etirazına ən yaxşı cavabı ölkə Prezidenti İlham Əliyev və onun İqtisadiyyat naziri Mikayıl Cabbarov verə bilər.

İndi belə bir sual ortaya çıxır…

Hanı sizin iqtisadi artımınız və hanı sizin yüz minlərlə olan yeni iş yerləriniz?
İllərdir ki, İqtisadiyyat naziri ağzına gələni danışır və İlham Əliyev isə onu təsdiqləyir. Hakimiyyət anlamır ki, Bakı şəhərinin əhalisi artıq 5 milyona yaxınlaşmaqdadır. Paytaxtda artım bölgədəki işsizliyin ucbatından baş verməkdədir. İnsanlarımız çörək pulu qazanıb ailəsini saxlamaq üçün xarici ölkələrə, əsasən Rusiyaya və yaxud Bakı şəhərinə köç etməkdədir.

Maraqlısı budur ki, Azərbaycanın hər qarış torpağı çox münbitdir. İlham Əliyev rayonlarda kənd təsərrüfatına dəstək olarsa, ölkəmiz dünya çapında belə böyük uğur əldə edə bilər.
Ən azından bu işlə məşğul olanlara dövlət orqanları maneələr də törətməməlidir.

Deputat Əli Məsimlinin etirafı böyük tarixi olan gözəl güşəli Şəkimizin məhvinin başlanğıcıdır. Çox təəssüf ki, insanlarımız hakimiyyətin yürütdüyü siyasət ucbatından öz doğma yerlərini məcburi tərk etməkdədirlər. İnanın ki, ölkəmizdə heç bir iqtisadi artım və yeni iş yerlərinin açılışı yoxdur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın