Əli Həsənov Vüqar Səfərlinin üzünə durmaq üçün məhkəməyə çağırıldı?

 

Bakı Ağır Cinayətlər Məhkəməsidə ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Cinayət prosesi zamanı aydın olub ki, Vüqar Səfərli işlədiyi zaman dövlət büdcəsindən ayrılan 18 milyon 500 min manatı mənimsəmişdir. Məhkəmə zamanı əlavə olaraq həbs edilən şəxsin külli miqdarda daşınmaz əmlakı və biznes şəbəkələri ortaya çıxmışdır. Aydın olub ki, o bu pulları saxta tender vasitəsi ilə mənimsəmişdir.

Məhkəmə qərarına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi Məsələlər Şöbəsinin keçmiş müdiri Əli Həsənov, oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın şahid qismində bu prosesə dəvət edilməsinə vəsadət qaldırılmışdır. Bu cinayət prosesində Əli Həsənovun da hədəf olacağı istisna edilmir.

Gələn dəfəki məhkəmə prosesinə dəvət alan Əli Həsənоv və yaxınları canlarını qurtarmaq üçün Vüqar Səfərlinin üzünə duracaqlarmı?

Məsələ burasındadır ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin bu qədər sərvətə malik olmaları birinci dəfə deyildir. İlham Əliyevin rəhbəri olduğu partiyanın yalnız bir loqosu olduğunun şahidi oluruq – rüşvətxorluq, korrupsiya, məmur özbaşınalığı bunların köhnə adətləridir. Ölkəmizdə hakim partiya xalqın bütün hüquqlarını tapdalayaraq məhv etməyə çalışır. Yalnız və yalnız həbs edilən məmurların 90 %-dən çoxu YAP nümayəndələridir. Bunun səbəbkarı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun yürütdüyü siyasətdir.

O ki qaldı Əli Həsənovun Vüsal Səfərlinin məhkəməsinə gəlib onun üzünə durmasına… Əminliklə deyə bilərik ki, bu baş verəcəkdir. Çünki YAP-çıların çoxunun şərəf və ləyaqəti olmadığını dəfələrlə görmüşük. Digər tərəfdən isə, məmurların üzə durmaq əlaməti hakimiyyətdə normal hal almışdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın