Əli Həsənov həbs olunacağını bilir və şantaj olunduğunu deyərək özünü sığortalayır?

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov öz sosial şəbəkə hesabında şantaj olunduğu barəsində məlumat yazmışdır. O, şantaj məsələsinin ona zəng edərək edildiyini qeyd etmişdir. Əli Həsənovun sözlərinə görə hansısa “ayaq yolunda” çəkilmiş videonu montaj edərək, “porno” video kimi təqdim etmək istədiklərini bildirmişdir.

Hər halda, son vaxtlar başı dərddə olan Əli Həsənovun bu yazısında qaranlıq məqamlar çoxdur.
İlk növbədə o, hakimiyyətin hansı üsulla insanları şantaj etdiyini dəqiq bilir, çünki nə vaxtsa o da bu mafiyanın bir üzvü olmuşdur. Prezidentin keçmiş köməkçisi bununla özünü sığortalamaq istədiyini görürük. Özünə və ailə üzvlərinə qarşı hücumlar, hakimiyyət tərəfindən səngimədiyini və yaxın zamanda həbs ediləcəyini bildiyi üçün, indidən ictimaiyyətə açıq siqnal göndərməkdədir.

Əli Həsənоv niyə polis orqanlarına müraciət etmir? Çünki onu şantaj edən İlham Əliyev rejimi özüdür. Bu gün də İlham Əliyevə sitayiş edənlər görməlidir ki, gələcəkdə onları nə vəziyyət gözləməkdədir.

Əlavə olaraq bildirmək istərdik ki, bir müddət əvvəl Əli Həsənоvun qızının polis həyat yoldaşı vəzifədən azad edilmişdir. 3 gün bundan əvvəl isə qızı Səfiyə Mehbalıyeva Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının “Beynəlxalq Münasibətlər və Xarici Siyasət” kafedrasındakı işindən azad edilmişdir. Bu gediş onu göstərir ki, yaxın vaxtlarda Əli Həsənоv həbs ediləcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın