Əli Hüseynli, Oktay Əsədov, Sahibə Qafarova İlham Əliyevin Məhkəmə Hüquq Şurasına, məhkəmələrə və hakimlərə cinayətkarların cəzasız qalmasına “yaşıl işıq” yandırmşlar.

İlham Əliyev öz ətrafında anti-Azərbaycan əxlaqlı ağır cinayət daşıyıcılarını birləşdirərək vətən təəssübkeşlərinin məhv edilməsi istiqamətində ardıcıl iş aparılmasına bilavasitə rəhbərlik edir. Bu murdar, məkrli siyasətdə onun 1№-li köməkçisi rolunu xalası oğlu, Ədliyyə Naziri kreslosuna yapışdırılmış Fikrət Məmmədov oynayır. Məhkəmə Hüquq Şurası adlandırılan biabırcı qurum bu irgənc işin təşkilində və icrasında alət rolunda çıxış edir.

MHŞ Dövlət İmtahan Mərkəzi (dəyişilməz baş direktor, mahiyyəti ikrah hissləri doğuran Məleykə Abbaszadə, Cəlal Əliyevin MM tribunasından kimliyini dəqiqliklə söylədiyi dörd arvaddan biri) ilə cinayət əlaqəsinə girərək savadı , vicdanı, mənliyi olan bir nəfərin belə məhkəmələrə düşməsinə imkan verməmiş, talançıların, oğruların, azərbaycan xalqına düşmən kəsilənlərin özlərinə, ailə üzvlərinə, qohum-əqrabalarına məhkəmələrə, prokurorluğa, Ədliyyə Nazirliyi sisteminə aparan yollarına yaşıl işıqlar yandırmasını təmin etmişdir. Mühüm əhəmiyyət kəsb edən dövlət orqanlarına kadr seçiminə olan bu münasibət dövlətin Konstitusion əsaslarının sökülməsi, faktiki olaraq onun çökməsi ilə nəticələnmişdir.

Ölkə türmələrində hal-hazırda Fikrət Məmmədov, Zakir Qaralov, Kamran Əliyev, Ramil Usubov, Vilayət Eyvazov, Ramiz Rzayevin bilavasitə Azərbaycan xalqına və dövlətinə qarşı etmiş olduqları cinayətlər nəticəsində minlərlə gwnahsız insan türmələdə çürüdülür.Bunların baeiz nümunəsi kimi Yardımlı rayonunun Şovut kəndindən olan Hüseynovları xüsusi qeyd etmək lazımdır.Təkcə bu nümunə onu deməyə əsas verir ki, ölkədə hakimiyyət kriminalın əlindədir. Belə olmasa idi zəhmətkeş bir ailənin heç bir günahı olmayan dörd üzvü və onların bir dostu iki ildən artıqdır ki, dəmir barmaqlıqlar arxasında olmazd;lar.Artıq bu cinayətin icraçiları olanlar =Qaralov və Usubov həbs olunacaqları günün intizarındadırlar.Külli miqdarda rüşvət müqabilində cinayətə sifarişçilik etmiş Fuad Ələsgərovun arxası birbaşa İ. Əliyevə dirəndiyi üçün zavalli Hüseynovlar türmə həyatı yaşamaqda davam edirlər

.İnşəAllah tezliklə İ.Əliyevlə F.Ələsgərov Hüseyinovlardan növbəni qəbul edəcəklər. Bu qaçılmazdır.Çünki haqq nazilər lakin üzelməz söyləmişlər Aqillərimiz.

İlham Əliyev və Mehriban Əliyevanın bu cinayətkarların arxasında dayanamaları, onlara dəstək vermələri xalqa Azərbaycan dövlətinə qarşı dərin nifrət yaranmasına səbəb olmuşdur.

Bu istiqamətdə hazırda mövcud olan bərbad vəziyyətə görə Fikrət Məmmədovun fəaliyyəti xüsusilə təhlükəli hesab edilməlidir. Fikrət Məmmədov xalası oğlu İlham Əliyevin himayədarlığından süni-istifadə edərək bu sistemi qurmuş və bununla da hakimiyyətin müstəqil qolu olmalı olan məhkəmə hakimiyyətinə nəzarəti bütövlükdə öz əlinə keçirmişdir.

Məhkəmələrdə yüzdə-yüz faiz korrupsiyalaşmanın yaradıcısı olan Fikrət Məmmədov bu gün hakimlərin hamısının bir nəfər kimi rüşvətə qurşandığı üçün xalq qarşısında özünün məsuliyyətini etiraf etməlidir. Ölkədə bu gün addımbaşı rastlaşdığımız biabırçılıqları şərtləndirən Fikrət Məmmədovun varlığıdır. Hakimlərin yuxarıların sifarişlərini, göstərişlərini və öz maraqlarını ölkə qanunlarından üstün tutaraq davranmaları və vətəndaşlara qarşı sözün əsl mənasında əqidəcə sürüşkənlik nümayiş etdirmələri artıq adi hala çevrilmişdir.

Bütün əsaslarının çürüdüyü YAP hakimiyyəti başda İlham Əliyev olmaqla xalqa daşınması mümükün olmayan yükə çevrilmişdir. ilham Əliyevin daxili siyasətdə yol verdiyi riyakarlar artıq ölkənin sərhədlərini də aşıb keçmişdir. Məhz bunun nəticəsində dünya masştabında çox kiçik olmasına baxmayaraq, rejimin düşünülməmiş, səbatsız, bayağı siyasəti, satdığı yalanlar, rəhbərliyin qorxaqlığı və dünya siyasətinə girişə nail olmaq üçün ayrı-ayrı geniş çaplı siyasətçiləri pulla, rüşvətlə almaq üçün göstərilən uğursuz cəhdlər ölkənin murdar əsgi səviyyəsinə enməsinə səbəb olmuşdur.

İlham Əliyev, Səməd Seyidov və onları Avropa şurasında əvəz edən mənəvi natəmizlər, alçaqlar beynəlxalq aləmdə ölkənin imicinə elə zərbələr vurdular ki, bu yaralar heç vaxt sağalmayacaqdır.

Məhz bunun nəticəsidir ki, ikinci Qarabağ savaşında bizim haqq işimizi Avropadan və dirgər fövqəl dövlətlərdən dəstəkləyən olmadı. Beləliklə, Heydər Əliyevin avropalılara bağışlamış olduğu dəyəri yüz milyardlarla avro olan neft də ölkənin xeyrinə yox, onun ziyanına işlədi.

İlham Əliyev bütün bunları etiraf etmək, nəticə çıxarmaq əvəzinə super yalanların yeni-yeni qatlarını açmaqla əhalini zəhərləməkdə davam edir.

Mən hazırkı yazıda Rusiyanın son vaxtlar Xankəndində 50 metr hündürlrkdə Rusiyabayrağı qaldırmasını və digər alçaldıcı və aşağlayıcı hərəklərə yol verməsini Azərbaycan xalqı və onun dövlətinə deyil, özünü dövlət başçısı hesab etməkdə hələ də həyasıscasına davam edən YAP başqanı İlham Əliyevə layiq bilirəm. Çünki ölkədə saxtakarlıqlar, talanlar,oğruluqlar, işgəncələr və digər çoxsaylı digər çoxsaylı neqativlər onun adı, keçmiş və bu günü ilə bağlıdır. atalarımızın çox ibrətamiz misalı var.

“Qəddarlıqdan ucalanların başı ərşə çatsa belə qamətləri əyri qalacaqdır” ilham əliyev ruslara onunla istədikləri kimi davranmağa imkan verirsə, bu onun fərd olaraq özünün problemidir . Bunun günahını xalqa deyil, onu dünyaya gətirənlərdə haram yedizdirib

əmizdirənlərdə narkoman, alkoqolik, qumarbaz kimi yetişdirənlərdə sonda isə ölkə prezidenti (kül belə ölkənin başına) edənlərdə axtarmaq ədalətli olar.

İlham Əliyev bütün Azərbaycan xalqının adından sənə müraciət edir və tələb edirəm ki, ölkəni məhvə sürükləməyə son qoy!!! QAÇ RƏDD OL !!!!!!

Bu əhalinin səni layiq olmadığın kresloya əyləşdirməkdə heç bir günahı yoxdur. Bunu sənin ömrünü riyakarlığa və Azərbaycan xalqından qisas almağa sərf etmiş olan atan və onun cinayətkar şərikləri təşkil etmişlər.

Talançılığa və Putinə söykənmiş siyasətin ölkənin dünyada təklənməsi ilə nəticələnmişdir. Azərbaycan daxilində gedən proseslər idarə olunmayan sel burulğanınI xatırladır.

Talançılıqda səninlə eyni cəhbədə olanlar belə indi əks tərəfdən sənə hücum edir və ZƏRBƏLƏR endirirlər.Onların hazıda hansı məzhəbə qulluq etdiyini müəyyənləşdirmək çox mürəkkəb məsələdir.

Bir sözlə, başa düş ki, Azərbaycan Dövləti və dövlətçiliyi üçün İlham Əliyevin varlığı real təhlükədir. Özün rədd olmalısan, əks təqdirdə rədd ediləcəksən.Birinci hal sərfəlidir. Seçim isə hələlik sənin sərəncaqmımdadır. Artıq çox gecdir. Hərəkətə keç.

Oxucularına dərin hörmətlə:                                     Tahir Babayev

055 577 53 11 04 09 2021

Bunu paylaş: