Əli Əsədovun yeni şousu, zərərçəkmişləri düşünən yoxdur

Azərbaycanın Baş Naziri icra hakimiyyətinin başçıları ilə birgə iclas keçirmişdir. Söhbət 27.09.2020-ci il tarixində Ermənistan tərəfindən hədəfə alınan mülki şəxslər və onların əmlaklarından getmişdir.. Bu görüşdə Baş Nazir, müharibə zaman zərərin dəyərləndirilməsi barədə yaradılmış komissiyanın nəticələrini təqdim etmişdir. Onun sözlərinə görə bu barədə icra orqanları və hakimiyyət strukturları işlər görməkdədir. Daha sonra Əli Əsədov, zərər çəkmiş rayonların icra başçılarına göstəriş verərək, həmin şəxslərə dövlət tərəfindən yardım edilməsinin sürətləndirilməsi tapşırığını vermişdir. Bir neçə ildir Baş Nazir vəzifəsinədə çalışan Əli Əsədov hər dəfə boş – boş qərarlarla yadda qalmaqdadır.

Bu gün hakimiyyət tərəfindən keçirilmiş bu iclas, başqa iclaslar kimi “şou” olaraq yadda qalmaqdadır.
Bildiyiniz kimi, əvvəlki yazılarımızda Gəncə, Bərdə, və s kimi müharibədən zərərçəkmiş rayonlarımızdakı vətəndaşların şikayətlərini sizlərə təqdim etmişdik. Müharibənin başlanmasından bu günə kimi 9 ay vaxt keçsə də, Əli Əsədov kimi “Baş Nazir” hələ bu gün əhaliyə kömək edilməsindən danışır. İlham Əliyevin nə icra başçıları, nə də ki, baş naziri əhaliyə köməklik göstərmək fikrində deyildir. Çünki ən azından dövlət proqramı tərəfindən zərərçəkənlərə, müvəqqəti yardımlar olunmalı idi.

Lakin bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi və s kimi beynəlxalq təşkilatlar, müharibədən zərər çəkmiş insanların hesabına külli miqdarda pul köçürsələr də, İlham Əliyevin hakimiyyəti tərəfindən bu mənimsənilmişdir.
Əli Əsədovun verdiyi bu qərar da boş kağız üzərində qalacaqdır. Hələlik evlərinə bomba düşən vətəndaşlarımız, bu gün də həmin yarımçıq evdə yaşamaqdadırlar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın