Ələkrəm Ələkbər oğlu Hümmətovdan İlham Əliyevə MÜRACİƏT

AzerFreedom TV internet kanalının yaradıcısı və Rəhbəri, Qurban Calal oğlu Məmmədov cənablarına,
Məlumat üçün:
Ölkənin ictimai həyatına dərəbəylik, vandal münasibətlərin daşıyıcısı, Ölkə rəhbərliyini zor və saxtakalıqla mənimsəmiş
İlham Heydər oğlu Əliyevə:

M ü r a c i ə t 

Hörmətli Qurban bəy, sentyabr ayının 5-də, Sizə və övladlarınıza məxsus mülkiyyətə qarşı edilən anti-insani, vandal hərəkətlər məni bu müraciəti yazmağa vadar etdi. Şübhəm yoxdur ki, artıq milyonlarla Azərbaycan vətəndaşını hakimiyyətin illər boyu və bu gün də apardığı qərəzli represiya hərəkətləri, şərləmə ilə müşahiyyət olunan haqsız məhkəmə qərarları, həbs və işgəncələrlə təəccübləndirmək mümkün deyil. İnsanlar, rejimin bu qəbildən olan hərəkətlərinə, bir növ vərdiş etmişlər.

Lakin, hakimiyyətə müxalif mövqedə olan vətəndaşına qarşı bu addımı gələcəkdə baş verəcək daha böyük qisasalmaların sanki müjdəsidir(mabədidir). Məni daha çox narahat edən və müraciətimin də əsl səbəbi məhz budur.

Hakimiyyətin bu addımı ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığını təsbit edən məlum maddələrinin, eyni zamanda, Azərbaycan Dövləti adından, hakimiyyət rəsmilərinin imzaladığı və beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin, kobud şəkildə pozulmasıdır.

Bu hərəkətlər yaşam normamız olan dini-mənəvi dəyərlərimizə, min illər boyu yaşatdığımız adətlərimizə, ənənələrimizə, milli əxlaqımıza daban-dabana ziddir!

Bu gün hakimiyyət adlandırdığımız, vətənimizi qəsb etmiş bir dəstə, sanki siyasi rəqiblərinə qarşı mübarizənin yeni formasını sınaqdan keçirir. Bu çox təhlükəli bir tendensiyanın başlanğıcıdır və siyasi baxışlarının fərqindən asılı olmayaraq vicdanı olan heç kəsin, bu hərəkətlərə laqeyd qalması yolverilməzdir!

Vətəndən uzaqlarda yaşayan, amma ürəyi heç vaxt Vətəni tərk etməmiş milyonlarla insanlardan biri kimi, hakimiyyətin bu vandal, dərəbəylik yaradan əməllərini pisləyir və qəti etirazımı bildirirəm!
Nə Konistitusiyanı nə götürülmüş öhdəlikləri, nə də digər beynəlxalq hüquqi akt və normaları pozmaq, dövlət ərkanına baş ucalığı gətirə bilməz!

Lakin, əcdadlarımızın min illər boyu formalaşdırdığı, ata-babalarımızın şərəf və ləyaqətlə günümüzə qədər yaşatdığı dəyərləri nümayişkaranə şəkildə pozmağı, hesab edirəm, mənim Xalqım, heç vaxt bağışlaya bilməz və bağışlamayacaqdır!

Əks halda bu, bizim bir Xalq kimi… sonumuz olacaqdır!

Dərin hörmətlə,

Ələkrəm Ələkbər oğlu Hümmətov.

Bunu paylaş: