Əfv bazarı başladı

Yaxın vaxtlarda əfv sərəncamı imzalanacağı gözlənilir. Nəzərdə 600 məhbusun işinə yenidən baxılacağı deyilir. Bu rəqəmlərin artacağıı da istisna edilmir. Müstəqillik günündə nəzərdə tutulan əfv sərəncamı hər zaman olduğu kimi rüşvət siyasətinin üzərində qurulmaqdadır.

Bilirik ki, Azərbaycanda əfv sərəncamına düşən məhbusların əlləri ciblərində olmalıdır. İlllərdir ki, İlham Əliyevin və hakimiyyətinin apardığı məhbus siyasəti, hər il üçün 5000-7000 manat verməklə davam edir. Əgər bir məhbus əfvə düşmək istəyirsə, bu zaman rüşvət verməyə məcburdur.

Əvvəlki illərə baxdıqda daxildə inkşaf edən korrupsiya, rüşvətxorluq, qanun pozuntularını nəzərə alsaq, əvf sərəncamına düşmək istəyənlər üçün qiymətlər demək olar ki, iki qat artmışdır. Əvvəlki illərdə 3000-5000 manat nəzərdə tutulurdusa, bu günə olan qiymətlər yuxarıda qeyd etdiyimiz dəyərindədir.

Sonda müstəqillik günündə də, hakimiyyət öz çirkin əməllərindən əl çəkmir. Bu gün də hər zaman olduğu kimi, məhbus bazarı davam edir. Bir sözlə, kimin imkanı varsa hər ilinə pul ödəməklə əfv sərəncamına düşəcəkdir, kimin imkanı yoxdursa ömrünü zindanlarda keçirəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın