Əfqanıstanda inklüziv hakimiyyət qurulacaq

 

Əfqanıstanda inklüziv hakimiyyət qurulacaq. Bunu Pakistanın baş naziri İmran xan bəyan edib.
Yəni hakimiyyətdə taciklər, özbəklər, xəzərlər bərabər əsaslarla təmsil olunacaqlar. Bu nə dərəcədə inandırıcıdır?
Talibanın hakimiyyəti dövründə determinant iqtidar formalaşdırmaq düşüncəsi yumşaq desək absurd və bir az da cəfəngiyyatdır.

Pakistan taliblərə belə demək mümkünsə ağsaqqallıq edir, Pakistan da bu regionda ABŞ-ın bir nömrəli müttəfiqidir. Maraqlı və həm də başa düşülən odur ki, Çin hökuməti də taliblərlə danışıqlara getdi və onları dəstəklədiyini bildirdi.

Səbəb çox güman ki, ABŞ-ın bir daha Əfqanıstana qayıdaraq Çini təhdid etmək üçün oradakı strateji yüksəklikləri ələ keçirməsinə yol verməməkdir. Əfqanıstanda çox mürəkkəb siyasi vəziyyət hökm sürür. Digər tərəfdən Əhməd şah Məsuda sədaqətli qüvvələrin müqaviməti vətəndaş müharibəsinə yol açır. Burada kimin/kimlərin maraqlı olması məlumdur. Xəmir çox su aparacaq. ABŞ çıxsa da hər şey onun əli ilə baş verir, Rusiya girməsə də ölkədə Talibanın inamlı hərəkətinə “ilana ağı verən kərtənkələ”lik edir…

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın