Ədalət bərqərar olunur…

 

Xalqımızın görkəmli şəxsiyyətlərindən biri, Palmali şirkətlər qrupunun rəhbəri Mubariz Mənsimovdan şad xəbər gəlməkdədir. Aldığımız xəbərə əsasən, Mübariz bəy mart ayının 5 – də azadlığa çıxa bilər. Nəhayət ki, ədalət öz yerini tapdı və günahsız olduğu sübuta yetirildi. Mubariz bəyin vəkilinin mətbuata verdiyi açıqlamada, ittihamçının günahsız olduğu artıq sübüta yetirilib və yaxın vaxtda azadlığa çıxması gözlənilir. Sevindirici tərəfi budur ki, hadisə Azəraycanda deyil, Türkiyədə baş verib. Çünki, Rövnəq Abdullayev (Socar) və Vahid Ələkbərov (Lukoil) Mübariz bəyə azadlığa çıxmağa imkan verməzdilər.

Yuxarıda xəbər verdiyimiz kimi, Mubariz Mənsimov Azərbaycan və Türkiyədə böyük xeyriyyəçilik işləri də görmüşdür. “Palmali holdinq”in rəhbəri bir çox kasıb ailələrə əl tutan,vətənini sevən biridir. Mübariz bəy Türkiyədə azərbaycanlı tələbələrin təhsil haqlarını öz hesabına ödəyən bir xeyriyyəçi kimi tanınır.

Hər kəs bilir ki, hakimiyyətin (xüsusilə Rövnəq Abdullayevin) sifarişi nəticəsində həbs olunan Mübariz Mənsimov FETO-çuluqda suçlanırdı. Nə yazıq ki, ləkəyaxma kompaniyasında Azərbaycan hakimiyyəti məğlub oldu. Artıq edə biləcəkləri bir şey qalmadı. Qeyd edək ki, Mübariz Mənsimov 15 mart 2020 – ci ildə Feto ittihamı ilə həbs olunmuşdu…

Rəşad Şıxəliyev.

Bunu paylaş: