“Əbədi Qardaşlıq” nümunəsi, Türkiyənin iki naziri Bakıda rəsmi səfərdədir.

Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəmizin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu və Milli Müdafiə Naziri Hulusi Akarı qəbul edib. Görüş zamanı Azərbaycan Prezidenti Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu üçün minnətdarlığını bildirmişdir. İlham Əliyev hörmətli Rəcəb Tayyib Ərdoğana Qarabağ döyüşləri başladığı gündən bu vaxta kimi hər yerdə Azərbaycanın haqq səsini dünyaya çatdırdığına görə təşəkkürünün və salamlarının çatdırılmasını bildirmişdir. Öz növbəsində Mövlud Çavuşoğlu qədim Azərbaycan şəhəri Şuşanın azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir və bildirmişdir ki, qəhrəman əsgərlərin hər gün qələbəyə daha da yaxın olduqlarını eşitdiyimiz an çox qururlanırıq. Sonra Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunmuşdur. Biz Azərbaycan xalqı olaraq qardaş Türkiyəmizə dərin minnətdarlığımızı bildiririk və “Əbədi Qardaş” olduğumuz üçün fəxr edirik.
Yaşasın “Bir millət, iki dövlət” Azərbaycan Türkiyə.

Mikayıl Əsədov.

Bunu paylaş: