Şuşada rus-erməni təxribatı, rəsmi Bakı isə susur

Sosial şəbəkələrdə Azərbaycana məxsus yük maşınının Şuşa şəhəri ətrafında erməni və “rus sülhməramlıları” tərəfindən qabağını kəsilməsi videosu yayılmışdır. Son zamanlar Azərbaycanın Rusya ordusunun nəzarətində olan şəhərlərində bu cür problemin artığını görürük. Görünür, vətəndaşlarımıza qarşı təxribatlar Rusiyanın vecinə deyil, Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi susur, ermənilər isə istədiyini edirlər. Hələlik, necə deyərlər, Azərbaycan tərəfi keçinin çomağa başını sürməsini təmkinlə izləyir.

Ermənistan bilir ki, əgər müharibə bir daha başlasa bu zaman vəziyyətləri daha ağır olacaqdır. Burda diqqətimizi çəkən məqam isə, ermənilər bunun sonunun müharibəyə gətirib çıxaracağını anlayır, lakin yenə öz təxribatlarını davam etdirməkdədirlər.

Görəsən, Ermənistan kimə güvənərək bunları edir?
Məsələ burasındadır ki, ermənilər hər zaman Rusiyanın əlində alət olublar və olacaqlar. Bu gün Azərbaycan Avropaya qaz satışını artırmaqla, Türkiyə ilə əlaqələrini genişdirməklə Kremldə qıcıq yaratmış ola bilər. Üstəlik də bir müddət əvvəl İlham Əliyevin çıxışı zamanı Rusiya qoşunlarının bir neçə ilə Azərbaycan torpaqlarından çıxacağını deməsi Moskvanı daha da qəzəbləndirmiş oldu.

Rusiya daim Azərbaycan torpaqlarında qalması üçün əlindən gələn təxribatları Ermənistanın əli ilə edəcəkdir. Necə ki, hər zama bunları edib.

Əvvəllər dediyimiz kimi bir daha söyləmək istərdik; Rusiyanın vaxtı daraldıqca bizləri daha çox təxribatlar gözləyəçəkdir. Ən azından Moskva ermənilərdən qurban kimi istifadə etməklə bölgədə yeni danışıqlar masası yaratmaq istəyəcək.
Bir sözlə, ermənilərin təxribatlarlarının arxasında Rusiya durur və bölgəni gərginlik içində saxlamaq üçün bu tip siyasət yürüdür.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın