Şuşa təxribatı, yoxsa gələcəkdə PUA-ların savaşı?

 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, 2 sentyabr 2021 – ci il tarixində Şuşa ətrafı ərazilərimiz, rus “sülhməramlıları” nın nəzarətində olan hissəsindən, erməni silahlı birləşmələri atəşkəsi kobud şəkildə pozmuşlar. Aldığımız məlumata əsasən düşmən tərəfi itki verərək geri çəkilmişdir. Son vaxtlar Rusiyanın müvəqqəti nəzarətində olan ərazilərimizdən erməniləri təxribat törətməyə nə vadar edir?.

İşğalçı Ermənistanın məqsədi Ağoğlan (Hadrut) və Şuşanı yenidən işğal etməkdir.

Görəsən, nəyə və kimə güvənirlər?

İlk növbədə Rusiya və Qərbə — bu, bəlli məsələdir. Siyasi, hərbi və maliyyə baxımından bu, doğrudur. Daha çox isə nəyə güvənirlər?
Ermənilər 44 günlük müharibədən sonra Rusiya tərəfindən sürətlə silahlanmağa başlamışdır. Bu səbəbdən gələcəkdə təxribatlar olacağı heç də istisna deyildir.

Son vaxtlar Ermənistanın Rusiyadan aldığı silahlar, onları daha da ürəkləndirməyə başlamışdır. Rəsmi İrəvan yeni aldığı “Orion – 9” və “Orion – 10” PUA-larına güvənir. Lakin onlar yeni “Akıncı” PUA-larını unudurlar. Belə getsə, “Göylərin fatehi” olan “Akıncı” və “Bayraktar” PUA-ları Qarabağda yenidən öz məharətlərini göstərməli olacaqlar. Aldığımız xəbərdə, PUA-lara görə rus hərbi generalları artıq Ermənistanda rəsmi səfərdədirlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın