Şuşa kimin şəhəridir?

Bir neçə gündür Ermənistanın XİN – nin Şuşa şəhəri haqqında səsləndirdiyi fikir sosial şəbəkələrdə yayılır.Maraqlısı odur ki, XİN Ayvazyanın cavabını Nikol Paşinyan verib.Paşinyan: ,,əhalisinin 90% azərbaycanlı olduğu halda, necə erməni şəhəri ola bilər?,-“fikrini irəli sürüb. Bizim də xalqın çox sadəlöhv nümayəndələri Paşinyanın bu fikrini tv- lərdə, sosial şəbəkələrdə sensasiyalı xəbər kimi yayırlar.Əslində isə bir az siyasəti və erməni hiyləgərliyini anlayan adam nə baş verdiyini başa düşər.


Belə ki, Ayvazyan Paşinyanın yeni -müharibədən sonra təyin etdiyi kadrdır və fikirlərində fərqlilik ola bilməz.Hə, deyə bilərsiniz ki, Ayvazyan daxili auditoriyaya oynayır.Amma əsil məsələ başqadır.Şuşanın bizim nəzarətimizdə olduğunu və ermənilərin də artıq onu geri qaytarmaq ümidinin qırıldığını nəzərə alsaq, bu siyasi gediş gələcəyə yönəlikdir, yəni Xankəndiyə. Paşinyan hökuməti öz aralarında bu ,,atışmanı” gündəmə gətirməklə, gələcəkdə Xankəndi əhalisinin daha çox ermənilərdən ibarət olduğunu önə sürüb onu erməni şəhəri kimi qəbul etdirməkdir.
Bu tezislə Xankəndini və digər ermənilərin sıx yaşadığı yerləri öz əhatə dairəsinə salmaqla, gələcəkdə Qarabağın status məsələsində müəyyən qazanclar əldə etməyi planlaşdırırlar. Ermənilər anlamalıdırlar ki, Şuşa, Xankəndi, Dağlıq Qarabağ , İrəvan xanlığı və s kimi regionda olan torpaqlar qədim Azərbaycan torpaqlarıdır!!!

Sevinc.

Bunu paylaş: