Şuşa, Bəyannaməsinin səsi indi çıxır

 

15 iyun 2021 – ci ildə Azərbaycan və Türkiyə dövlət başçılarının Azərbaycanın Şuşa şəhərində imzaladığı “Şuşa Bəyənnaməsi” regionda özünü əsil işğalçı kimi aparan Rusiyanın xoşuna gəlməyəcəyi aydın idi.
Ermənistandakı seçkiləri gözləyən Rusiya prezidenti Vladimir Putin nəhayət ki, dünən ümumi situasiyanı dəyərləndirərək İ. Əliyevə, eyni vaxtda Lavrov (Kalantaryan) isə Ceyhun Bayramova zəng edib.
Əlbəttə ki, V. Putinin məqsədi Şuşa Bəyənnaməsi münasibətilə Azərbaycan xalqını və Türkiyəni təbrik etmək deyildi. Bu zəngin əsas səbəbi Türkiyənin Qafqaz regionunda, xüsusilə də Azərbaycanda təsirinin artmasına qarşı Rusiyanın öz ənənəvi narazılığını bildirmək idi və bu zənglər gözlənilən idi.

 

Həmin narazılığın “səsi” isə bu gün Ermənistanla sərhəddə çıxdı: Ermənistanın Berd rayonu ərazisindən Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi atəşə tutulmuşdur, itgi yoxdur. Necə deyərlər, yenə də “atan kazaklardır”.
Bu arada, Ermənistanın köhnə və yeni seçilmiş baş naziri N. Paşinyan Ermənistanın Azərbaycanla olan sərhəd mühafizəsini Rusiyaya verməyi və Ermənistan ərazisində ikinci Rusiya bazasının yaradılması üçün bir qrup dövlət məmurunu Moskvaya göndərməyi planlaşdırır.

Göründüyü kimi, çox “sülhsevər” qonşularımız var, Putinə görə bizim Türkiyə ilə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac yoxdur.
Bəli, Rusiya, Ermənistan, İran kimi “dostu” olan dövlətə düşmən lazım deyil.

Şahin Sirvanlı.

Bunu paylaş:

Bir cavab yazın