Şri-Lankadan da ağır günlər bizi gözləyir

Hörmətli oxucular, dünyanı bürüyən pandemiya problemi və müharibələrin siyasi bir anlam kəsb etdiyini bilirik. Pandemiya dünya dövlətlərinin büdcəsinə zərbə vurduğu halda, müharibələr isə planetimizdə insanlara sıxıntılar yaratmaqdadırlar.
Ukrayna – Rusiya müharibəsi demək olar ki, bütün ölkələrdə qida problemi yaratmaqdadır.
Əsasən də bizim kimi diktator ölkələrdə vəziyyət bir qığılcım kimi alovlanmaqdadır. Əhalisi kasıb vəziyyətdə olan dövlətlərdə insanların hakimiyyətə qarşı böyük etirazlar etməsi risqi də gündən – günə artır.

İlk qığılcımın Şri-Lankada baş verdiyini gördük. Dünyada baş verən böhrana dözə bilməyən xalq ayağa qalxdı və 20 ilə yaxın hökm sürən ailə diktaturasını ölkədən qovdu. Beləliklə, Şri-Lankada xalq qələbə qazandı!

Digər tərəfdən, aldığımız xəbərə görə dünyada pandemiyanın sürətlə artmasının şahidi oluruq. Bu isə bizim kimi dövlətlərdə etiraz aksiyalarını daha da sürətləndirəcəkdir. Əvvəllər pandemiya olsa da ərzaq problemi yox idi. Bu gün isə, ikisinin bir yerdə hərəkət etdiyini görürük.

Ərzaq qıtlığı böyük qlobal problemlər yaratmaqda davam edir. Dünya ölkələrində qiymətlər sürətlə artmaqdadır.
Təsəvvür edin; Azərbaycanda hər şey sürətlə bahalaşır və ölkədə maaş səviyyəsi demək olar ki, əvvəlki səviyyədə qalır.

Bu gün Azərbaycanı qeyd edə bilərik ki, ölkədə vəziyyət çox kafidir. Oğurlanan xalqın sərvəti, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı insanlarımızı İlham Əliyev hakimiyyəti tərəfindən təngə gətirmişdir. Üstəlik də yeni baş qaldıran ərzaq və pandemiya problemləri ölkəmizdə inqilabın baş verməsinə zəmin yaratmaqdadır.

Əgər dünyada vəziyyət belə davam edərsə, Şri-Lankada olduğu vəziyyət Azərbaycan, Türkmənistan, Özbəkistanında, Qırğızıstan, İran, Türkiyə, Afrika və digər Asiya ölkələrində baş verəcəkdir. Dünya demək olar ki, dəyişir, qarşıda böyük inqilablar bizi gözləyəcəkdir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın