Şirin quyruğunun kəsilməsi

 

İranın Ermənistana və Qarabağa qanunsuz yük daşımalarının Azərbaycanın Qərbi Zəngəzur bölgəsində qarşısı alındıqdan sonra, cənub qonşumuzun bizə qarşı “xox” kompaniyası başladı. Ərdəbil mollası Amilinin dili ilə “şirin ( İran guya yatmış şir imiş ) quyruğunu oynatmayın” mesajı verildi və ardınca da İİR Azərbaycanın cənub şəhərində, Araz boyu hərbi təlimlərə başladı.

Azərbaycan diplomatiyası özünü tərpədənə qədər, artıq Türkiyə İran sərhəddində “BAYRAKTAR TB- 2 “- ləri havaya qaldırdı. Ardınca Pakistan da İrana “barmaq silkələdi”. Dünən isə sosial şəbəkələrdə İsrail hökumətinin açıq mətnlə İrana etdiyi xəbərdarlığı yayıldı:— Əgər çaşıb Azərbaycana qarşı hər hansı bir bir silahlı təcavüz edərsə, qarşısında İsraili görəcək.
Onsuz da İsrail İranın nüvə silahı hazırlamağından narahatdır və vaxtaşırı bu ölkənin nüvə silahı hazırlayan laboratoriyalarını heç bir maneəsiz bombalayır və nədənsə, “şirin quyruğu” nədir, heç tükü də tərpənmir.
Məlum oldu ki, İranın “bir atımlıq barıtı varmış”.

Artıq İran günahını, guya hökumətdən xəbərsiz, bir yük daşımalarını həyata keçirən firmanın boynuna yıxıb və həmin firmaya qanunsuz yuk daşımalarına görə xəbərdarlıq da edilib.

İranın Azərbaycanda olan səfiri isə “mehriban qonşuluq” nağılı danışmağa başlayıb.
Əsilində, bu məsələ çoxdan həll olunmalı idi. Azərbaycan hakimiyyətinin 28 illik “dişsiz” xarici siyasəti İranın regionda əl – qol açmasına və Ermənistanın aqressiv siyasətinin vaxtında zərərsizləşdirilməməsinə səbəb olmuşdur.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın