Şarl Mişelinin təcili İlham Əliyevə zəngi

Ermənistan və Azərbaycan arasında gərginlik getdikcə artmaqdadır. Bu səbəbdən tərəflər bir – birlərinə qarşı ittihamlar irəli sürürlər.
Ermənistan özünü elə aparmağa çalışır ki, güya sülh sevərdir və Azərbaycan bütün sülh prosesinə bilərəkdən xələl gətirir.

Əslində isə bu oyunun arxasında Kreml dayanmaqdadır. Son günlər sərhəddə baş verən atışmalar və Nikol Paşinyanın Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham etməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli İlham Əliyevə yığmağa məcbur etmişdir.

Əslində bu danışıq Azərbaycanın xeyrinədir. Bir neçə ay bundan əvvəl sizlərə Brüssel danışıqlarından bir fayda çıxmayacağını və bu vəziyyətdən Azərbaycan istifadə edəcəyini sizlərə bildirmişdik. Şarl Mişel ümid edirdi ki, sülh danışığını əla alacaqdır və bölgədə Rusiyanın mövqeyini zəiflədəcəkdir. Onun isə planlarının üstündən Nikol Paşinyan xətt çəkmiş oldu.

Bu gün sülh danışıqlarının baş tutmamasına səbəb Türkiyənin İsveç və Finlandiyaya qarşı NATO-dakı mövqeyinin dəyişməsidir. Xatırladaq ki, bu barədə də, sizlərə xəbərdarlıq etmişdik.

Buna görə də Rusiya Türkiyəyə təsir etmək üçün Paşinyandan istifadə edərək Azərbaycanın üzərindən iş aparmaqdadır.
Şarl Mişel də artıq əmin ola bilər ki, Rusiyasız Qafqazda hansısa addım atmaq mümkünsüzdür. Çünki Paşinyan istənilən vaxt Kremldən aldığı sifarişləri yerinə yetirməkdədir.
İkinci bir tərəfdən isə, Şarl Mişelin İlham Əliyev zəngi gələcəkdə baş tutan müharibə təhlükəsindən yayındırmaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın