Şarl Mişelinin Azərbaycan səfəri Putini narahat edir

 

Bildiyiniz kimi bir neçə gün əvvəl, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Qafqaza səfəri başlamışdır. Səfər çərçivəsində Ermənistandan sonra Azərbaycana gələn Aİ-nın sədri Prezident İlham Əliyevlə görüşmüşdür. Bu görüş zamanı Aİ və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi nəzərdən keçirilirdi. Azərbaycanın illərdir, Aİ ilə enerji sahəsində tərəfdaş olması Qərbi qane edir. Görünür Şarl Mişelin Bakıya səfərinin əsas səbəbi “Şərq Tərəfdaşlığı” – dır.
Bəs niyə Qərb üçün Azərbaycan bu qədər əhəmiyyətlidir?

Qafqazda Gürcüstan demək olar ki, bu anlamda tam inteqrasiya etsə də, lakin regionun ən güclü ölkəsi olan Azərbaycan Qərbin əsas maraq dairəsindədir. Təbii enerjisi, hərbi gücü, iqtisadiyyatı və geopolitik mövqeyi Aİ-nın ölkəmizə marağını daha da artırmaqdadır. Demək olar ki, Qafqazda Rusiyanın və Avropanın əsas maraq dairəsində olan ölkəyik. Bu səbəbdən şimal qonşumuz narahat olmağa başlamışdır.

Bu səfərdən sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, iyun ayının 20 – si İlham Əliyevin Rusiyaya səfəri barədə məlumat vermişdir. Aİ- nın sədrinin Azərbaycanı tərk etdikdən sonra, Rusiya tərəfinin aktivləşməsi hər kəsdə şübhə doğurmağa başlamışdır. Görünür Şarl Mişel Azərbaycana çox güclü təkliflərlə gəlmişdir. Buna sübut olaraq Avropa İttifaqının sədri ölkəmizdə olduğu zaman Dağlıq Qarabağ danışıqları və ATƏT-in Minsk qrupu formatını dilinə gətirməmişdi. Bu da Aİ-nın Azərbaycana yeni tam dəstək paketi ilə gəlməsini göstərir. Hər halda inanırıq ki, İlham Əliyev Aİ ilə sıx əməkdaşlığı secəçək və ölkəmizdə “İnsan Haqları” və “Demokratiya” bərpa ediləcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın