Şarl Mişelin səfərindən sonra, İlham Əliyev “Əfv fərmanı” imzalaya bilər

 

Mart ayının əvvələrində Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcəkdir. Səfər zamanı Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və bir çox rəsmilərlə yüksək səviyyədə görüşlər keçirəcəkdir. Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycanla Avropa Şurası arasında enerji, iqtisadi, investisiya barəsində danışıqlar nəzərdə tutulur.

Görünən odur ki, bu səfər zamanı Şarl Mişelin İlham Əliyevlə görüşü zamanı ölkədə mövcud olan demokratiya, insan haqlarına dair mövzularda da söhbət baş tutacaqdır. Bəzi siyasi fəalların azadlığa çıxmasını Azərbaycan hakimiyyətindən tələb edə bilər.

Bu görüşü Azərbaycan hakimiyyəti müsbət qarşılaylr.Son vaxtlar Avropa ölkələri ilə müəyyən sıxıntı yaşayan İlham Əliyev siyasi gediş edə bilər. Ola bilsin ki, o, Şarl Mişelin və Avropa Şurasının təzyiqlərindən yayınmaq üçün siyasi məhbuslara görə ” Əfv fərmanı” (Aministiya) imzalasın. İlham Əliyev bunu Azərbaycan xalqının milli Novruz bayramı ərəfəsində imzalaya bilər.


Ümid edirik ki, “Azerfreedomun” üzvü Elvin İsayev və digər siyasi məhbuslar da azadlığa çıxar.

Mikayıl Əsədov.

Bunu paylaş: