Şarl Mişelin Putinə zəngi

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın Brüssel səfərində əldə edilmiş razılaşma prosedurunda yeni tikanlar ortaya çıxmaqdadır. Avropa İttifaqının Prezidentinin bölgəyə sülh gətirmək planı yenidən iflasa uğraya bilər. Razılaşmadan sonra Moskvada Vladimir Putinlə görüşən Paşinyan öz fikirlərindən yayına bilər. Paşinyan bunu Putinin təzyiqi ilə etməyə məcburdur.
Brüssel danışıqlarından sonrakı mərhələdə olunan razılıqda hər iki dövlət arasındakı birbaşa etimad və əlaqə nəzərdə tutulurdu. Əvvəlki mətnlərimizdə də qeyd etdiyimiz kimi, Moskva, hər iki dövlət arasındakı əlaqələrin birbaşa olmasında maraqlı deyildir.
Bəlli ki Azərbaycan Ermənistan arasındakı problemi suni şəkildə yaradan Rusiyadır və bu konfliktin uzanmasında maraqlıdır.

Bu yaxınlarda Avropa İttifaqının Prezidenti Şarl Mişelinin Nikol Paşinyana, İlham Əliyevə və daha sonra Putinə telefon açması vəziyyətin gərginliyindən xəbər verir. Görünür, Rusiya Azərbaycanın 5 bənddən ibarət sülh danışığı təklifinə öz maraqlarını salmaq istəyir.

Danışıqlar zamanı aprel ayının sonuna kimi tərəflər razılığa gəlməlidir. Əks – təqdirdə bölgədə yenidən müharibə hissi alovlanan bilər. Şarl Mişelinin də narazılığı bundan ibarətdir. Ən azından Avropanın da Qafqazda öz maraqları vardır.

Son Brüssel görüşündən sonra Ermənistan tərəfi Rusiyanın bölgədəki mövcudluğunu daha da artırmağa cəhd etmək istəyirdi. Azərbaycan isə, bununla razılaşmır və qeyd edir ki, artıq Rusiya bölgədən “sülhməramlı” şəklində fəaliyyət göstərməkdədir.
Azərbaycan Ermənistan problemində əsəs problemin Rusiya olduğunu bir daha görürük. Şarl Mişelin Putini razı sala bilsə, aprel ayının sonu sülh danışıqları yeni mərhələyə qədəm qoyacaqdır. Əgər hər şey nəticəsiz olarsa, Azərbaycan öz gücünə həll etmək siyasətinə üstünlük verəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş: