Şair Ramaldanov bu dəfə də xalqı sakitləşdirir

Dünən ehtiyatda olan Polkovnik Şair Ramaldanov bildirmişdir ki, işğal altındakı Dağlıq Qarabağ və 7 rayonumuzda hər an Azərbaycan Silahlı Qüvvələri iri miqyaslı anti-terror əməliyyatları keçirə bilər. Şair bildirmişdir ki, bu gün bu məsələ ilə məşğul olan aidiyyatlı qurumların işi demək olar ki, iflic vəziyyətindədir. Şair Ramaldanovun sözlərinə görə işğalçı Ermənistana verilən müddət artıq bitmişdir. Son vaxtlar istər Azərbaycan, istərsə də Ermənistan aktiv silahlanma siyasəti aparır və bu da bölgədə uzun müddətli döyüşə hazırlaşmaq deməkdir. Ş. Ramaldanov müsahibəsində Rusiya faktoruna da açıq yer ayıraraq söyləmişdir ki, belə bir vəziyyət olduğunda həm Rusiyanın, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin düşmənə dəstək verə biləcəyi danılmazdır. Ramaldanovun bu çıxışı demək olar ki, ara- sıra deyilən şablon çıxışlara bənzəyir.Yəqin KTMT-nin qərarında Azərbaycanın Dağlıq Qarabağ və 7 rayonu şamil olunmur və burada əsas oyunçu rol Rusiyanın üzərinə düşür. Təbii ki, illərdir bizim bu torpaqlarımızı işğal edənin Rusiya oıduğunu, nədənsə, hakimiyyət bir dəfə də olsun dilə gətirməmişdir.
Niyə Xocalı soyqırımına görə Ermənistanı Beynəlxalq Məhkəməyə verdiyiniz təqdirdə, Rusiya bu soyqırımda cəzasız qalır?
Axı tarix boyu bizim xalqa qarşı soyqırım törədən əsasən,şimal qonşumuz olmuşdur.
Şair Ramaldanov və hakimiyyətə bildirmək istərdim ki, niyə torpaqlarımızın azad olunması üçün düşmənə 30 il vaxt vermisiniz? Hər biriniz çox gözəl bilirsiniz ki, düşmən torpaqlarımızı sülh yolu ilə qaytaran deyil.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: