Şahbaz Quliyevdən şok açıqlama: Həmin video- kasetləri Xankəndində ermənilər qarşıma qoydular…

Əvəz Zeynallının təqdimatında “Xural TV” – də qonaq olan keçmiş əsir Şahbaz Quliyev, ölkəni silkələyəcək çox mühüm məsələnin üstünü açmışdır. O, hakimiyyətin ona qayğı göstərmədiyini və bu işdə əsasən sabiq Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu ittiham etmişdir. O, qeyd edir ki, onlar Kəlbəcərə Əli Həsənov tərəfindən göndərilmişdir. Şahbaz Quliyev vurğulayıb ki, sabiq qaçqınkomun sədrinə 10 ədəd çox mühüm video kasetləri vermişdir. Hansı ki, bu videolarda Kəlbəcər və digər yerlərdə erməni əsgərlərinin fəaliyyət çəkilişləri vardır.

Dilqəm Əsgərov daha sonra bildirir ki, bizi əsr götürdükləri zaman Əli Həsənova verdiyim 10 videonun hamısını ermənilər Xankəndində mənim qarşıma sübut kimi qoydular. Bu gün isə, vətənimə görə əlil olmuşam və mənə dövlət tərəfindən heç bir qayğı göstərilmir.

O, bütün sümüklərinin sındırıldığını, çox ağır işgəncələrdən keçdiklərini bildirir. Lakin hakimiyyətdə olanların bizə qarşı biganəliyi qəbuledilməzdir.

Şahbaz Quliyevin bu çıxışındakı sensasiyalı məlumat isə, Əli Həsənova verdiyi video – kasetlərin erməni tərəfə necə keçməsidir.
İlk şübhəli elə Əli Həsənovun özüdür. Bilirik ki, sabiq qaçqınkomun sədrinin ermənilərlə çox yaxın əlaqəsi vardır. İstər nənəsinin, istər arvadının erməni olması buna bir sübutdur.


İkinci məqam isə, hakimiyyətin daxilində çoxlu sayda xainlərin olmasıdır.
Hara döndərsək də, görərik ki, hər şey hakimiyyətin əlinin altından çıxmaqdadır. Çox uzağa getmək lazım deyil; “Tərtər – 1767” cinayətinə nəzər etsək, bizi kimlər idarə etdiyini görərik.

Sonda qeyd etmək istərdik: çox təəssüf ki, xalqın 90 faizi Şahbaz Quliyevin vəziyyətindədir. Bu durumu dəyişmək, xainləri ölkədən qovmaq üçün İlham Əliyev və hakimiyyəti dəyişilməlidir. Əks – halda daha da pis vəziyyətə düşəcəyik.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın