Şahbaz Quliyev Prezident Aparatının qarşısında etiraz etdi

 

7 il erməni əsirliyində olan Şahbaz Quliyev Prezident Aparatının qarşısında aksiya keçirmək istəyib. Onun narahat edən dövlət tərəfindən hələ də ona qayğının göstərilməməsidir. Şahbaz Quliyev iddia edir ki, erməni əsirliyindən azad olduqdan sonra, ona qarşı dövlət qurumları laqeyd münasibət bəsləmişlər.

Bir ildən çox vaxt keçsə də o hələ əlillik və veteranlıq vəsiqələrini ala bilmədiyindən şikayətlənmişdir. Dəfələrlə dövlət qurumlarına müraciət etsə də, tələbləri nəticəsiz qalmışdır.
Şahbaz Quliyev qeyd edir ki, əsirlikdə olduğundan iş qabiliyyətini tam itirmişdir. İmkansızlıqdan əziyyət çəkdiyi üçün, evinin sosial pulunu (elektrik, su, qaz) ödəyə bilməmişdir.

Şahbaz Quliyev etiraz etdiyi zaman polis əməkdaşları ona qarşı zor tətbiq etmişlər. Hər zaman olduğu kimi, Azərbaycan polisi öz vəhşiliyini göstərmişdir. Etirazçının qolunu burmağa və onun etirazının qarşısını almağa çalışan polis işçiləri, onu bölməyə getməyə məcbur ediblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şahbaz Quliyevin şikayəti nəzərə alınıb və daha sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov 2014 – cü ildə erməni işğalında olmuş Kəlbəcər rayonuna, öz dədə-baba torpaqlarına getdikləri zaman əsir alınmışlar. Nəticədə Həsən Həsənov öldürülmüş, Şahbaz Quliyev və Dilqəm Əsgərov əsir götürülmüşlər. Daha sonra 2020-ci ildə 44 günlük müharibədən sonra əsirlərlə dəyişdirilmişlər. 7 il əsirlikdə olan Sahbaz Quliyevin etirazı dövlətin ona biganə yanaşmasıdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın