Şəhid ailələri və əlil Qazilərimizə pul ayrıldı

Müharibə zamanı Şəhid ailələrinə və Qazilərimizə veriləcək məbləğlər.
Prezident İlham Əliyevin tapşırığı əsasında, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məbləğlə bağlı məlumat yayıb, açıqlanan məbləğlər:
1) Şəhidin vərəsələrinə sığorta ödənişi 11 min manat verilir və aylıq 300 manat.
2)Müharibə əlillərinə sığorta ödənişi ( l dərəcə) əlilliyi olan şəxslərə 8800 manat və aylıq 250 manat.
3)Müharibə əlillərinə sığorta ödənişi ( ll dərəcə) şəxslərə 6600 manat və aylıq 240 manat
4)Müharibə əlillərinə sığorta ödənişi ( lll dərəcə) və aylıq 210 manat.
Bundan başqa əlavə edilir- əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir, orta məbləğ 400 manat və
pensiyasının sığorta hissəsinə əlavə 110 manata kimi ödənilir.
Şəhid ailələrinin üzvlərinin və Qazilərimizin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur.
Müalicə və protez reabilitasiya vasitələri dövlət tərəfindən pulsuz təmin olunurlar.
İstirahət və sanator müalicəsi üçün hər il 1 dəfə dövlət tərəfindən təmin olunurlar.
Dövlət tərəfindən təmin edilən aktiv məşğulluq proqramlarında özünüməşğulluq, ödənişli ictimai işlər və.s. olanlara üstünlük verilir.
Dövlətin tapşırığı ilə məşğulluğunun təmin edilməsi üçün bütün işə götürülənlər üçün dövlət və özəl məcburi kvota müəyyən edilib.
Şəhid ailəsi üzvləri və əlil Qazilərimiz üçün vergi, əmək qanunvericiliyində və.s. üçün bir sıra dəstək və güzəştlər də nəzərdə tutulub.
Gələcəkdə Şəhid ailələri və Qazilərimiz dövlət tərəfindən evlər və avtomobillərlə təmin ediləcəkdir.Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi açıqlamarda Şəhid ailələrinin üzvləri və Qazilərimizin dövlət tərəfindən aylıq aldığı məbləğ 700 manatdan çox olacaqdır və getdikcə artırılacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: