Şəhid ailələri üsyan etdi

 

Rəzillikdə Azərbaycan dövlətinə tay ola biləcək başqa bir ölkə tanımıram və inanmıram da ki, tapıla. Millətinə, əsgərinə, qazisinə, canını fəda edənə hörmətsizlik bir yana, artıq şəhidlərimizə qarşı biganəlik rüsvayçı vəziyyət alıb. Gündəlik sosial şəbəkələrdə şəhid ailələrinin etirazı durmadan artmaqda davam edir və haqlı olaraq da şikayət edirlər…hər “ANA” övlad böyüdür, min bir əziyyətlə boya başa çatdırır ki, vətənə qəhrəman sipər göndərsin. Vətən uğrunda şəhid olmuş bu əsgərlərə sahib çıxa bilməyən dövlət bizə lazim deyildir. Dövlətin verdiyi dəyər qarşısında şəhid qardaşlarımızın su olan yerlerde dəfn olunması, ölkədə böyük rezonansa səbəb olub. Hakimiyyət bununla ölkədə nəinki xalqın dirisinə, hətta ölüsünə belə hörmət etmədiyini göstərdi. Təyin olunan rüşvətxor məmurların, icra nümayəndələrinin kobud səhvləri nəticəsində, valideynlər yolları bağlamaqla medianı və Prezidenti problemin həllinə təhrik etmək istəyirlər.

Hərçənd ki, bu cür şikayətləri media və Prezident çox gözəl bilir. Amma…amması bəllidi, sadəcə xalq olaraq qorxuruq səsimizi səsimizi bu haqqsizliqlara qarşi çıxartmiriq. Tarix onu göstərir ki, erməni gülləsindən qorxmayan xalq, hakimiyyetin polis dəyənəyindən qorxuruq. Şəhid ailələrinin üzərinə polis göndərilərək basqı və hədə qorxu edirlər.

Bu nə cürət?

Kim verir bu kimi axmaq qərarları?

Kimə arxalanaraq?

Bu nə cür insanlıq?

Vətəndaşına hörmət etməyən ölkədə necə yaşayasan?

Əgər buna yaşamaq deyilirsə. Hansi məmurdan kömək istəməliyik ki, bizi əliboş geri qaytarmasın?..                                       Şəhid ailələri dünən “Fəxri Xiyaban”-nın ,”Müdafie Nazirliyin”-nin qarşısında olan magistiral yolu bağlayaraq etiraz etmişlər.

Rəşad Şıxəliyev.

Bunu paylaş: