İzmirdə zəlzələdən həlak olanların sayı 51 nəfərə çatdı

Oktyabrın 30 -u Türkiyənin İzmir şəhəri yaxınlığında baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 51 nəfər, yaralıların sayı 900 nəfər olmuşdur. Nəticədə çoxlu sayda binalar dağılmış və dağıntılar altında insanlar qalmışdır. Zəlzələnin gücü bəzi yerlərdə 6.5 və bəzi yerlərdə isə 6.8 bal gücündə olmuşdur. Həlak olanların yaxınlarına Allahdan rəhmət, yaralananlara isə şəfalar diləyirik. Türkiyə tərəfinin verdiyi məlumatlara görə axtarışlar davam edir və həlak olanların sayının artması istisna olunmur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: