İyun ayında Azərbaycan qaz satışından 5 milyard manat gəlir götürüb, bəs niyə xalqımız pis vəziyyətdə yaşayır?

 

Azərbaycan tək iyun ayında 771 milyon kubmetri qaz idxal etmişdir. Nəzərə alsaq ki, dünya bazarında qazın bir kubmetrinin qiyməti 3.6 dollarıdır, Azərbaycanın gəliri təxminən 4.7 milyard manat olmuşdur. Bildiyiniz kimi, yay aylarında dünyada qazın təlabatı 40-50 faiz aşağı düşür.

Ortalama hesablasaq, Azərbaycanın illik qaz gəliri 50 milyard manatdır. Bu qədər bahalı sərvətə malik xalq niyə pis yaşamalıdır? Təbii ki, bunun cavabı İlham Əliyev və ətrafındadır. Uşaq pulu verməyən, 190 manat yardımı vermək istəməyən bir hakimiyyət xalqın pullarını mənimsəməkdədir. Araşdırmalarımızdan görə bilərik ki, İlham Əliyev dünyanın ən varlı prezidentlərindən biridir. İllik 150 milyard gəliri olan Azərbaycan xalqının pulları illərdir ki, oğurlanmaqdadır.

Ölkədə insan haqlarının pozulması da, xalqın sərvətini oğurlamaqdan başlamışdır. Kimsə bu məsələni qabartdığı halda, şərlənərək zindanlara atılmaqdadır. Vətəndaşlarımız isə oğruları görə – görə qorxudan susmaqdadırlar. Lakin İlham Əliyev və hakimiyyəti xalqın səbrinin də bir qədərinin olduğunu unudurlar.

Ölkəmizdə, insan haqlarının pozulması, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı yüksək səviyyədədir. İlham Əliyev rejimi hər cəhtlə insanları susduraraq, qorxudaraq Azərbaycanı talamaqdadır. Axı biz nə vaxta kimi susacayıq?. Xalq olaraq sözümüzü deməsək, bizə xalq demək yaraşmaz. Düşünün, dünyanın ən varlı, sərvətili torpaqlarında yaşayan kasıb insanlarıq. Sadəcə, bu durumdan çıxmağın yolu birləşərək sözümüzü deməkdir. Ən azından qərb qonşularımızdan ibrət götürməliyik..

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın