İtkin düşmüş cavab

Hər kəsin gözlədiyi 1 dekabr gəldi və getdi.Nə dəyişdi ?Heç nə .Yenə suallar və alınmayan cavablar.Ölkə başçısı çıxış etdi:,,Qarabag Azərbaycandır”,- dedi,- amma Xankəndi, Agdərə Xocəvənd,Xocalı siyahıda olmadı.Düzdür, Xankəndinə qatar yolu açılacagını,ermənilərin bizimlə daha yaxşı yaşıyacagını dedi .Bəs:” idaretmə necə olacaq? ,- sualına xalq cavab tapmadı.Daha bir narahatedici məqam -prezident İ.Əliyevin bir daha müharibə ilə baglı çıxışının olmayacagının bildirməsi idi.Bəs bu qədər müəmmaya biz necə cavab tapacagıq?
Son günlər Qarabagda baş verənlər hər kəsi çox narahat edir.Rusiyanın özünü oranın sahibi kimi aparması ,bütün dövlət qurumlarının şöbələrini Qarabagda yaratması,terrorist başı Arutunyanın orada vəzifələr təyin etməsi,hətta Fransadan nümayəndələrin də onlarla görüşə gələcəyi məlumatı Qarabagın Azərbaycanın tabeliyində olmadıgını göstərir.Bəs deyirdilər ,,Qarabag Azərbaycandır”.Xankəndinə son məlumatlara görə 30 minə yaxın erməninin gətirildiyi deyilir.Bunların kimliyini haradan bilək?Qeyri -qanuni məskunlaşmanı ermənilər 30 ildi edirlər.Bu gətirilən ermənilər( hərçənd ki, əgər bu qədər erməni orada varsa, mən onların Ermənistandan gətirildiyinə inanmıram) çox hissəsi müharibədə olan əsgərlərdir və mülki geyimdə yerləşiblər.Və yayılan son videolarda ermənilərin kiçik qruplar şəkilində onların deyimiylə desək,, partzan dəstələri” yaradılıb.Əslində bunlar terrorçu dəstələridir.Azərbaycan isə heç bir cavab vermir.


Daha bir məqam Xankəndi və Xocalı hava limanlarının işə başlayacagı haqqında yayılan məlumatdır.Bəyannamə imzalanandan bir neçə gün sonra Beynəlxalq uçuşlar siyahısına Azərbaycanın bir neçə hava limanının ,eləcə də Xankəndi və Xocalının adının salındıgı xəbəri yayıldı.İlk zaman, hər kəs Qarabagın idarəetməsinin bizdən olacagını fikirləşdiyi üçün ,normal qarşılamışdı.Lakin hələ də Qarabagın bu hissəsində bizim qanunlar keçmədiyi üçün bu hava limanlarının açılması təhlükədən xəbər verir.Rusiya,,sülhməramlılarının” səhra tibb məntəqəsinin Xocalı hava limanında xaç şəklində qurulması bizə bir mesajdır.
Göründüyü kimi ,vəziyyət çox gərgin,müəmmalı məqamlarla və beyinləri qarışdıracaq yayılan xəbərlərlə doludur.Bunun nəticəsidir ki, sosial şəbəkələrdə gedən müzakirələrdə imzalanan bəyannaməni xəyanət,qələbə , yarımçıq qələbə adlandırırlar.Əslində heç kimi qınamaq da olmur. Dogru, vəziyyətdən istifadə edib ortalıgı vəlvələyə vermək istəyənlər də var .Amma bir çoxları verdiyi suallara cavab tapmadıgından artıq ,,xəyanət olub” fikrinə kökləniblər.Məncə ,bundan hökumət nətiçə çıxartmalıdır və bu olanlardan o insanları deyil, özlərini qınamalıdırlar.Xalq sullarına cavab axtarır.
Türkiyə ordusunun kiçik hissələrinin gəldiyini xəbər verirlər.Xəbərdə ilkin olaraq mina təmizləyən və istehkamçı qrupların oldugu deyilir.Yaxın zamanlarda da müşahidəçilərin gələcəyi və işə başlayacaqları xəbəri də yayılıb. Ümidimiz deyəsən Türkiyəyə qalıb.Əgər tezliklə antiterror əməliyyatları başlamasa və Qarabagda idarə etmə – Xankəndi, Xocalı,Agdərə,Xocavənddə

Azərbaycan qanunları işləməsə,köçkünlərimiz həmin ərazilərə köçürülməsə, Rusiyanın işgalı rəsmiləşəcək .
Xalq olaraq hər şeyə hazır olmalıyıq Müharibə hələ bitməyib Sadəcə atəşkəsdir.

Sevinc.

Bunu paylaş: