İtirdiklərimizi itirmişik, barı özümüzü itirməyək

 

Qurtarın bu ciddi söhbətləri, indi komediya vaxtıdır…

Hər şey itiriləndən sonra özünü intihar itirdiklərinlə barışıb, onlar kimi qeyb olmaq istəyinə köklənməkdir.
İtirdiklərimizi itirmişik, barı özümüzü itirməyək. Bizdən əclaf, heç bir dəqiqə də yaşamağa haqqı olmayan nadürüst, naqis, millətləri də, vətənləri də yaxşı bilinməyən qaçaq-quldurlar bizləri və bizə məxsus olanları yalmalayıb şad-xürrəm yaşayacaq, ancaq biz bunların əlindən intihar “eşqinə” düşəcəyik?! Yox, biz nə qədər zəifik ki, bir dəstə klikanın yedəyində sürünək və hələ üstəlik intihar həddinə qədər olan psixoloji sarsıntıları özümüzə uyğun çıxış yolu seçək?! Bu yol haqq yolu deyil, bizim yolumuz deyil!!!
Biz son nəfəsimizə kimi haqsızlıq və ədalətsizliklə, şərəfsizlik və ləyaqətsizliklə mübarizə aparmaq üçün yaranmışıq. Sadaladığım bu eybəcərliklər isə yaşadığımız məkanın daxilinə xərçəng kimi siraət edib metaztaz verib.

Həmin xərçənglə mübarizə aparmaq lazımdır. Onun qarşısından qaçdıqca qovacaq bizi…

Niyə qaçaq, bəlkə bir kölgəlikdə dayanaq və düşünək? Onsuz da hər yer kölgəlikdir, başımızın üzərini qara buludlar kəsdirib durub. Düşünək ki, bizim qeyrət və namusumuzdan başqa artıq itirəcəyimiz heç nə qalmayıb!!!
Qabaqdan qaçdıqca onları da itirəcəyik. İndi fikirləşin, niyə qaçırıq, bunları da itirmək üçünmü??
Qeyrətimizi qeyrətsizlərin ayağına verməyək. Onlar bizi qova-qova öz günlərinə salıb qeyrətsiz etmək istəyirlər!!!
Belə məqamda komediya daha münasib janrdır. Biz ciddi epizodlarda kölə rolunu oynayırıq.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın