İsveç və Finlandiyanın mövqeyində yumşalma baş verir

Türkiyənin son zamanlar İsveç və Finlandiyanı NATO-ya qəbul etməkdən imtina etməsi Amerika Birləşmiş Ştatlarını və Böyük Britaniyanı hərəkətə keçirmişdir. Terrorçulara açıq dəstək verən Helsinki və Stokholmun mövqeyində də yumşalmalar hiss olunmaqdadır. Skandinavlar Vaşinqton və Londonu köməyə çağırsalar da Ankaranın tələblərini yerinə yetirməkdən başqa yollarının olmadığını gördülər.
Türkiyənin haqlı mövqeyi Alyans lideri Yens Stoltenberq tərəfindən də anlaşılandır. Rəsmi Ankara açıq şəkildə qeyd edir ki, mənimlə müttəfiq olmaq istəyən ölkələr, mənim arxamdan iş görməməlidir. Bir sözlə, PKK – YPG və digər terror qruplarına dəstək olmamalıdır.

Görünür, son bir neçə gündə Rusiyanın işğalçılıq siyasətindən qorxuya düşən İsveç və Finlandiyanın mövqeyində yumşalmalar hiss olunur. Onlar demək olar ki, Türkiyənin şərtlərinə razıdırlar. Qardaş ölkə isə, Amerika və Böyük Britaniyanın zəmanəti ilə, yazılı surətdə sübut tələb etməkdədir.

Bu məsələdə anlaşılmayan İsveç və Finlandiyanın mövqeyidir. Bilirik ki, NATO ordusunun kadrlarının və hərbi potensialının 50 faizi Türkiyənin əlindədir. Əgər bir Alyans ölkəsinə hücum olarsa, ilk cavab verən tərəf Türkiyə olacaqdır. Bu gün Skandinavların bu cür müttəfiqə qarşı qərəzli mövqe tutması və terrorçuları müdafiə etməsi anlaşılan deyildir.
Sonda qeyd edə bilərik ki, danışıqlar davam etməkdədir və yaxın zamanda razılıq əldə olunacağı gözlənilir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın