İstiqamət dəyişdi – görüş Brüsseldə olacaq

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan bu yaxınlarda Moskvada görüşməli idilər. Lakin yeni aldığımız xəbərə görə, görüş Brüsseldə baş tutacaqdır. Bizə təəccüblü gələn məsələ isə, niyə Moskva yox, Qərb Azərbaycan və Ermənistan liderlərini qəbul etmiş oldu?

İık öncə Rusiyanın Ukraynaya qarşı davam edən işğalçılıq siyasəti, Putinin vaxtını çox aparır,  desək,  yanılmarıq. Bu səbəbdən də,  Rusiya bu işi müvəqqəti olaraq Şarl Mişelin səlahiyyətinə verməkdədir.

İkinci səbəb isə,  Ermənistan və Rusiyanın son zamanlar aralarında baş vermiş soyuq münasibətdən dolayı ola bilər. Təsadüfi deyil ki,  Ermənistanda partlamış ticarət mərkəzindən sonra, Rusiya tərəfi rəsmi İrəvana Nota vermişdir. Brussel görüşündən əvvəl erməni tərəfi məntiqsiz şəkildə Rusiyanın etirazına cavab vermişdir. Paşinyan hakimiyyəti bu cavabla sanki Kremli rədd etmiş oldu.

Bəlkə də ermənilər və ruslar arasında yaranan gərginlik,  İrəvanı Qərbi seçməyə məcbur edib. Üstəlik də Ermənistanda rusafobiyanın artdığının da şahidi oluruq. Onsuz da 44 günlük müharibədən sonra ermənilər Putinə nifrət etməkdədirlər. Sanki kimsə gəlib onların yalanlarını dəstəkləməyə və Azərbaycanın torpaqlarını işğal edib ermənilərə verməyə borcludur.
Hələlik,  bizlərə Brüssel görüşünü gözləmək qalır. Əgər Rusiya Ermənistanı bu görüşdən sonra cəzalandırarsa,  deməli İrəvan və Moskva arasında əlaqələr həqiqətən də,  pisləşmişdir.  Belə olduğu halda Azərbaycan bölgədə çox  uğurlu bir siyasi üstünlük əldə edəcəkdir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın