İsraildəki terrorlarda İran izi

Son vaxtlar İsraildən gələn xəbərlər heç də ürəkaçan deyil. Son iki həftədə İsraildə bir neçə terrorun olması yaxşı əlamət sayılmamaqdadır. Beləliklə, son iki həftədə İsraildə bir neçə terror hadisəsindən bir neçə nəfər ölüb, onlarla insan yaralanmışdır.

İsraildə vəziyyəti qarışdıran kimdir?
Son vaxtlar İranla Qərbin arasında nüvə danışıqlarında gərginlik müşahidə olunmaqdadır. Görünür, rəsmi Tehran hələlik istədiyinə nail ola bilmir. Nüvə danışıqları Qərb və İran arasında getsə də, burda İsrailin maraqları da üstün tutulmaqdadır.

Digər tərəfdən baxsaq, Mollalar, İsraili onların ölkələrinə müdaxilədə və nüvə alimlərinin öldürülməsində günahlandırır. Bu səbəbdən də cənub qonşularımız İsraildən intiqam alacaqlarını dəfələrlə açıq şəkildə bəyan etmişlər.

Fələstin və İran əlaqələri və orada yerləşən bəzi silahlı qruplara Mollalar təmənnasız yardım və dəstək verməkdədir. Bu gün İsraildə terror təşkil edənlərin Fələstin əsilli olduğunu nəzərə alsaq, belə düşünmək olar. Bir sözlə, İranın İsraildəki ard-arda olan terror hadisəsində əli ola bilər.
İsrail kəşfiyyatının sözlərinə görə öldürülən terrorçuların İranla əlaqəsinin olduğunu qeyd edir. Bir sözlə, rəsmi Tehran Fələstin problemindən istifadə edərək, İsraildə gərginlik yaradaraq, intiqam almaq istəyir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın