İsrail və Türkiyə arasında yeni dostluq başlayır

 

Mart ayının 9-10-da İsrail Prezidenti İsaak Herzoqun Türkiyəyə səfəri gözlənilir. İsaak Herzoqun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

Bildiyiniz kimi, 2010 – cu ildə Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardım gəmisinə İsrail xüsusi orqanları hücum etmişdir. Bu anlaşılmazlıqdan sonra hər iki dövlət arasına gərginlik başlamışdır.

2013 – cü ildə isə, İsrail dövləti bu hadisəyə görə Türkiyədən rəsmən üzr istəmişdir.
Beləliklə, hər iki ölkə bölgədə vacib güc olduğunda, bir – biri ilə 2015 – ci ildə gizli danışıqlar aparmağa başlamışdır.
Hətta bir – birinə beynəlxalq arenada dəstək də olmuşlar.

Son vaxtlar dünyada və regionda baş verən hadisələr bir daha sübut edir ki, iki dövlət arasında birgə siyasət aparmaqdan başqa carə qalmır.
Əlavə edək ki, bu görüş zamanı hər iki ölkə arasında mühüm sənədlərin də imzalanması gözlənilir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın