İsrail küçə döyüşlərinə başlasa, məğlub olacaq

 

Bildiyiniz kimi, İsrail və Fələstin arasında qarşıdurma davam etməkdədir. Qarşıdurma artıq İsrailin paytaxtına çatmışdır. “Həmas”a yaxın olan Livandakı “Hizbullah” təşkilatı da, rəsmi Tel- Əvivə müharibə elan etdi. Küçə döyüşlər davam etdiyi halda Fələstin tərəfi İsrailin bir çox mühim obyektlərinə raket zərbələri etdirməyə müvəffəq olmuşdur. Bir necə hərbi kimya zavodları partladılmışdır.
Ən qorxulusu isə İsrail Hərbi Hava Qüvvələri atom elektrik stansiyasına edilən, 300- ə yaxın raket hücumu dəf edilmişdir.

Rəsmi Tel-Əvivin hücumları daha da şiddətlənmişdir və nəticədə “Həmas”ın bir neçə yüksək rütbəli rəsmiləri öldürülmüşdür.
İsrail tərəfi Rusiya, Misir kimi dövlətlərin dialoqundan imtina edərək, Qəzzaya quru əməliyyatlarının əmrini vermişdir.
İsrailin Baş Naziri Benjamin Netanyahu sərt şəkildə “Həmas”a xəbərdarlıq etmişdi. O, “bunun bədəlini ödəyəcəklərini” söyləmişdir. Netanyahunun əmri ilə ağır texnikalar da, Qəzzaya doğru irəliləməkdədir.

Əgər rəsmi Tel-Əviv Qəzzada quru əməliyyatlara başlayarsa, İsrail ordusu məğlub olacaqdır. Ordunun və hərbi texnikanın küçə döyüşlərində uğur qazanması mümkün deyildir. Əgər döyüşlər Qəzzada başlasa, burda “Motok Koktel” – ləri İsrail ordusunun sonuna çıxacaqdır. Ən yaxşı variant isə sülh danışıqlarının başlamasıdır. Hər gün, hər iki tərəfdən itkilər getdikçə artmaqdadır. Çox təəssüf ki, hansısa dövlətlərin maraqları üzündən, günahsız uşaqlar, insanlar öldürülür. Müqəddəs torpaqlarda müharibənin başlaması, dünyanın sonunun yaxınlaşmasının göstəricisidir.

Mikayıl Əsədov.

Bunu paylaş: