İsrail İranın daxilində istədiyini edir

Son bir neçə ayda İranın nüvə danışıqlarından demək olar ki, imtina etməsi bölgədə vəziyyəti daha da gərginləşdirib. Amerika və İsrail rəsmi Tehranın bu addımına qarşı yeni hücumlara başlamışdır. Hətta onların yolu Azərbaycandan da yan keçməmişdir. Görünür, Qərb İrana qarşı ilk olaraq hibrid və kəşfiyyat müharibəsi apararaq Molla rejimini sarsıtmağa çalışır.

Bu yaxınlarda Amerika kəşfiyyatının yaydığı məlumatda deyilir ki, İran uranı zənginləşdirmək prosesinin son mərhələsinə keçməkdədir. Bu da cənub qonşularımızın nüvə silahına sahib olmağından xəbər verir.

İran üzərinə əsas nəzarət isə İsrail kəşfiyyatı olan MOSSAD – ın üzərindədir. İsrail kəşfiyyatı hər ay Xamenei rejiminin yaxın adamlarını məhv etməklə İrana “ağıllı ol “mesajı verməkdədir. Vəziyyətin getdikcə gərginləşdiyini və qonşu dövlətlərdə müharibənin aparıldığını görürük.
Yuxarıda qeyd etdiyimiz kimi, Bakıda səfirlərin toqquşması, Türkiyədə kəşfiyyat, Suriyada hərbi əməliyyatlar və s göstərir ki, vəziyyət əvvəlkindən daha pisdir.

Maraqlısı budur ki, bir neçə dəfə MOSSAD – İranın daxilində əməliyyat keçirərək bunu sosial şəbəkələrdə yaymışdır. Üstəlik də İranın yüksək rütbəli hərbçiləri İsrail kəşfiyyatı ilə əlaqəli olduğu üçün həbs edilmişdir və bu həbslər hələ də davam edir.

İsrailin İranın daxilində nüvə alimini həbs edərək videoya çəkib sosial şəbəkələrdə paylaşmağı, Xamenei rejimi üçün böyük bir ismarıcdır. MOSSAD bununla Molla rejiminə ismarıc verir ki, biz sizin evinizin içində istədiyimizi edirik. Bununla da rəsmi Yerusəlim Tehrana “ağıllı ol” demək istəyir.

Təbii ki, İran hakimiyyətinin çaşqınlığı və SEPAH-ın rəhbərliyinin əlacsızlığı onları məcbur edir ki, qonşu dovlətlərdə təxribatlar yaratsınlar. İlk növbədə Azərbaycan və Türkiyədə İsrailin varlığı İranı narahat edir . İkincisi isə, daxildəki biabırçılığa son vermək üçün Bakı və Ankara hədəf seçilmişdir. Mollalar düşünür ki, Mossad – I zəiflətmək üçün ilk növbədə Turanlılardan başlamaq lazımdır.

Bunlar hamısı İranın səhrada iynə axtarmasına bənzəyir. Reallıq budur ki, İsrail kəşfiyyatı İranın daxilində istədiyini edir. Mollalar isə, sadəcə acizdirlər. Bəlkə də Xameneinin ətrafında da Mossad dolaşmaqdadır. Gələcək addımın necə olacağı isə Mollaların özünü aparmasından aslıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın