İsmayıl Dəmir: Amerika Türkiyə ilə anlaşdı

 

Türkiyənin Rusiyadan aldığı (S-400) havadan müdafiə sistemlərindən sonra, Amerika (F- 35) döyüş təyyarələrinin Türkiyəyə verilməsini dayandırmışdır. Bir müddət sonra, Vaşinqton Türkiyənin (F-35) proqramından çıxarıldığını elan etdi. Türkiyənin Sənaye naziri İsmayıl Dəmir Vaşinqtondan (F-35 )qırıcılarının istehsalı üzrə yeni bir məktub aldığını elan etdi.

İsmayıl Dəmir bildirmişdir ki, müqaviləyə əsasən tərəflər birtərəfli qaydada bu proqramdan kənarlaşdırıla bilməz. Aldıqları məktubda bu məsələ öz təsdiqini tapmışdır.
Bu məsələ onu sübut edir ki, yaxın vaxtlarda Türkiyə və Amerika F-35 istehsalına yenidən birgə başlayacaqlar..

Amerikanı bu işdə narahat edən məsələ (S-400) daxilində elektron kəşfiyyat texnologiyasının olmasıdır. Həmin elektron kəşfiyyat vasitəsi ilə Rusiya, (F- 35) təyyarələrinin gizlinlərini oğurlaya bilər. Lakin Türkiyənin Sənaye naziri İsmayıl Dəmir yaxın vaxtlarda (F-35) təyyarələrini Türkiyə ordusunun arsenalında görə biləcəklərini söyləmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: