“İsgəndər” raketlərinin sirri açıldı?

 

Şuşaya Ermənistan və Rusiya tərəfindən atılan “İsgəndər” raketləri dünyada rezonans yaratmışdır. Son vaxtlar Rusiya və Azərbaycan arasında “İsgəndər M” problemi səngimək bilmir. Azərbaycanın etirazına cavab olaraq, Rusiya tərəfi Ermənistanda olan “İsgəndərlərlə”bağlı araşdırmalara başlamışdır.

Gəlin bir az bu raketlərin xarakterini və sirlərini öyrənək. Rusiyanın istehsalı olan bu “İsgəndər” raketlərinin bir çox növü vardır. Bu raketlər ballistik qısa mənzilli raketlər qrupuna aiddir.

Rusiyanın Ermənistana verdiyi bu raket kompleksi “İsgəndər M” adlanır və “İsgəndər E” – dən bəzi göstəricisinə görə geridə qalmaqdadır. Burda diqqət çəkən məqam isə Rusiyanın oyunudur. “İsgəndər M” raketlərinin sirri isə – “İsgəndər E” raketləri ilə hədəfə eyni vaxta göndərilir və birinci, ikinci raketi düşmənin hava hücümundan müdafiə sistemlərindən sığortalayır.Rusiyanın arsenalında olan bu raket komplekslərinin üzərində, gizli olaraq bir “İsgəndər E” və bir “İsgəndər M” raketləri dayanmaqdadır.

Digər tərəfdən, Ermənistana verilən “İsgəndər M” raketlərini Rusiyanın “Gümrü” hərbi bazasında olan zabitlər idarə etməkdədirlər.
Kreml həm Azərbaycanı təzyiq altında saxlamaq üçün bu “İsgəndər” lərdən istifadə edirdi, digər təfədən isə Ermənistanı əlində saxlamaq üçün özünü tərəfdaş göstərirdi. Bir sözlə, “Kreml” necə deyərlər, bir güllə ilə iki quş vururdu.

Mikayıl Əsədov.

Bunu paylaş: