İraq və Türkiyə gərginliyi… 

Bu yaxında Tehranda keçirilən Astana görüşündən sonra, İran tərəfi Azərbaycan və Türkiyəyə qarşı açıq şəkildə hücumlar etməyə başladı. Gah Azərbaycanın Zəngəzur bölgəsinin azad edilməsinə, gah Türkiyənin apardığı anti-terror əməliyyatlarına etiraz etdi. Bu da azmış kimi, İraq bölgəsində olan “Şiə” fanat dəstəsini ayağa qaldırdı və Türkiyə səfirliyinə hücum etdirdi.

Görünür, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Molla rejiminin lideri Xamenei ilə razılığa gəlməmişdir. Bu gün İranın qısqanclıq etməsinin iki səbəbi ola bilər;
İlk öncə, son vaxtlar Türkiyə və İsrail yaxınlaşması Mollaları narahat etməyə başlamışdır. Məqsəd budur ki, özünü Yerusəlimə düşmən sayan molla Tehran rejimi İsrailn bölgədə möhkəmlənməsini həzm edə bilmir.

İkinci səbəb isə, Türkiyənin İraq və Suriyada apardığı anti-terror əməliyyatlarıdır. Bilirik ki, terror qruplaşması olan PKK, YPG, PYD-nin İranla sıx əlaqəsi vardır.
Bu gün isə, Türkiyənin uğurlu əməliyyatları İranın dəstək verdiyi terrorçuların məhvinə gətirib çıxarır. Buna görə də terrorçuların məhv edilməsi, mollaarın siyasi mövqeyinin yox olmasına gətirib çıxarır.
Ən azından İran rejimi bölgədə terrorçuların əli ilə Türkiyə və İsrailə təsir etməkdə idi.

Beləliklə, Xamenei fanatlarının İraq, Suriya və Azərbaycanda fəallaşması, Türkiyə və İranın fikir ayrılığının səbəbidir. Lakin Molla rejimi unutmamalıdır ki, Cənubi Azərbaycanda 40 milyon həmvətənimiz yaşayır. Türkiyənin bir əmri onlar üçün hər şey deməkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın