İranda vəziyyət gərginləşdi, “Mollalar” xalq üsyanınından qorxur

 

İranın İsfahan şəhərində su çatışmazlığına görə xalq etiraza qalxmışdır. İran mətbuatının xəbərinə görə, bir neçə polis işçisi etirazçılar tərəfindən hücuma məruz qalmışdır. Nəticədə bir neçə polis işçisi bıçaq xəsarətləri almışdır.

İsfahan şəhərindən yayılan kadrlarada isə, polislərin etirazçılara atəş açdığı açıq – aşkar görünməkdədir. Aldığımız xəbərə görə, polisin atəşi nəticəsində, bir neçə nəfər ölmüş və çoxlu sayda yaralı xəstəxanaya çatdırılmışdır.

İran mediası bunu su ilə əlaqələndirəsə də, əsil səbəb son günlər ölkədə baş verən iqtisadi tənəzzüldür. Qərbin sanksiyaları ilə üzləşən İran rejimi, hələlik bu vəziyyətdən qurtulmağa və çıxış yolunu tapmağa cəhd edir. Lakin ölkə daxilindəki bahalaşma xaqın gündən – günə etirazlarına səbəb olur və hakimiyyətdən narazı olan kütlə meydanlara çıxmağa cəhd edir.

Niyə? İsfahandakı etiraz aksiyası sərt şəkildə yatırılmaqdadır.
İran rejimi daxildəki ağır vəziyyəti gözəl anlayır və hər an qığılcımın baş verməyindən qorxur. Mollalar etiraz aksiyasının başqa şəhərlərə sıçraya biləcəyindən ehtiyat edirlər. Beləliklə, İran Molla rejimi, hər an ölkədən qaça biləcəklərini yaxşı anlayırlar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın