İranda Türk dilinə Azadlıq !

Azərbaycan yeganə ölkə deyil ki, orada Azərbaycan dilində danışılır: İranda da azərbaycanlılar əhalinin haradasa 55-60 faizini təşkil edirlər. Təxminən orada azərbaycancanı bilən adamların sayı Azərbaycan Respublikasındakıdan iki dəfə çox olar.
Rəsmiyyət nöqteyi-nəzərindən İran rəsmiləri dillərin əşliyini (bərabərliyi) qəbul etdiyini bildirir. Lakin yerli azərbaycandilli əhalini doğma dilində yazmağa və oxumağa Pəhləvi (1925-1979) sülaləsinin hökmü ilə qadağan etmişlər. Təhsilin yeganə dili fars dili qalır. Türk dili və başqa azlıqda qalan millətlərin dilləri İranda, guya fars dilini zəif edəcək deyə, qadağandır.

Soğrular göstərir ki, İran azərbaycanlıları arasında, bütün dünyadakı kimi, dil bilmək milli kimliyin önəmli bir əlamətidir. Bir tərəfdən öz dilində yazmağı bacarmamağı öz dilini yaxşı bilməmək əlaməti kimi sayılır, eyni zamanda isə insanlara bildirirlər ki,öz balalrına türk dili öyrətməyə gərək yoxdur: “Onlar onsuz da dili evdə öyrənirlər, məktəbdə buna ehtiyac yoxdur.

Fars dili türk dilinin leksikasına (sözlər) və qrammatikasına təsir edir: güney azərbaycan ləhcəsində cümlələr daha çox fars dilindəki kimi qurululur. Misal üçün:
1) Türk quruluşu: getdiyim yer!
2)Fars quruluşu: o yer ki getdim!
Təəssüf ki, son zamanlar ikinci cümlədəki kimi cümlə quruşi daha çox işlənilir.
Quzey Azərbaycan ləhcəsi də Hind-Avropa təsirinə düşüb, ən çox da rus dilinin.Quzeydə latın,güneydə isə ərəb qrafikasından istifadə edilir.

…Sorğuların nəticələri və İran şəhərlərinin küçələrindəki elanların təhlili gənc nəslin Azərbaycan dilini daha az istifadə etməsini və daha çox nüfuzlu olan fars dilinə keçməsini göstərir.

Amma erməni dilində məktəb və dərgilərin açılmasına icazə verirlər.Bu da İranın azərbaycanlılara qarşı müstəmləkə siyasəti yeritməyindən irəli gəlir.

@azerbaycan_turki.

 

.

 

 

Bunu paylaş: