İranda Azərbaycanlılara qarşı təxribatın arxasında nə durur?

 

İranın Sulduz şəhərində Saxsıtəpə kəndində yerli azərbaycanlılar və “PKK” terrorcuları arasında münaqişə baş vermişdir. Məsələ bir müddət əvvəl, İran hakimiyyəti tərəfindən məcburən həmin bölgələrdə yerləşdirilən, “PKK” – çı terror təşkilatının üzvlərindən birinin Azərbaycan xanımına söz atması ilə başlamışdır. Nəticədə yerli camaat tərəfindən həmin şəxs döyülərək öldürülmüşdür. Bundan sonra “PKK” terrorcuları həmin Saxsıtəpə kəndinə hücum edərək, qadınları, uşaqları, döyərək qacırtmaq istəmişlər.

Nəticədə azərbaycanlıların sayıqlığı nəticəsində, bu terrora əl ata bilməmişlər. İnsanların verdiyi xəbərə görə isə, İran hakimiyyəti və polisinin bu işə biganə yanaşmaları onlarda narazılıq yaratmaqdadır.

Bu, İranın sonu ola bilər!
İlk öncə İran hakimiyyəti illərdir ki, azərbaycanlıların sıx yaşadığı Sulduz şəhərinə, “PKK” terrocularını köçürməkdədir. Məqsəd türk dünyası ilə, kürd xalqının arasındakı əlaqələri müharibəyə keçirməkdir.

Digər tərəfdən, son vaxtlar İranın Qərblə nüvə problemini həll etməməsi üzündən ola bilər ki, Avropa və Amerika İranda sabitliyi pozaraq hakimiyyəti dəyişmək istəyir. Bunun üçün isə ən güclü silah Azərbaycan əsilli türklərdir. İran əhalisinin 50 faizdən çoxunu təşkil edən azərbaycanlılar, fars molla rejiminə qarşı Amerika üçün ən yaxşı silahlardan sayılır.

Əlavə edək ki, “PKK” terror təşkilatı deyəndə, biz Kürd qardaşlarımızı nəzərdə tutmuruq. “PKK” – nın tərkibində çoxlu millətlər fəaliyyət göstərməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın