İrana xəbərdarlıq

 

İranın Natanz şəhərində yerləşən nüvə obyektinin yaxınlığında iki partlayış baş vermişdir. İran tərəfinin yaydığı məlumata görə isə, iki naməlum partlayışın baş verdiyi yerdə heç bir insan tələfatı qeydə alınmamışdır.

Partlayışların nə səbəbdən baş verdiyi hələlik ictimaiyyətə məlum deyildir. Lakin İran rəsmiləri qeyd edirlər ki, bu hansısa hərbi təlimlərin də üzündən baş verə bilər. Görünür, rəsmi Tehran bu hücumu gizlətməyə çalışır. Səbəbi isə, daxilindəki vəziyyətin çox həssas olmasıdır.

Nəzərə alsaq ki, bu yaxınlarda İran və “G7” ölkələrinin nüvə sazişinə görə görüşü keçirilmişdir. Həmin görüşdə isə, rəsmi Tehran Qərbin on an qoyduğu şərtləri radikal adlandırmışdır. İranın bu etirazından sonra isə, nüvə obyektlərinin yaxınlığındakı iki partlayışın baş verməsi sanki molla rejimə bir xəbərdarlıq da ola bilər. Bununla da cənub qonşularımıza son xəbərdarlıq edildiyini görə bilərik.

Rəsmi Tehrana uranın zənginləşdirilməsinə görə xəbərdarlıq edən İsrail və Amerika, dəfələrlə nüvə obyektlərinə zərbə endirəcəklərini qeyd etmişlər.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın