İran siyasəti ilə, dinləri qarışdırmayaq

Dünən İranın höküməti bəyanat yayaraq güya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və hər zaman Azərbaycanın yanında olduğunu bildirmişdir. Xalqımız isə ürəyi açıqlıqdan hər zaman belələrinə aldandığından çox təəssüflənirəm. İran Azərbaycanı bir bəyanatla dəstəkləsə də, regionda Ermənistanı silahları, maddi yardımı ve.s ilə dəstəkləyir. Bir neçə gündür İrandan Ermənistana silahların daşınması ilə əlaqədar Təbriz və başqa şəhərlərdə Azərbaycan Türkləri etiraz etmişlər. Bu etirazlarda 200-ə yaxın Azərbaycanlı həbs edilmişdir. Nəzərə alsaq ki, xalqımızın çox qismi “Din” baxımından İranla eyni tərəfi bölüşür, amma burda bir məntiq ortaya çıxır: hörmətli Azərbaycanlılar, gəlin siyasəti “dinlərə” qatmayaq. Əgər kim İran hökümətinə qardaş deyirsə o insanlara bir sualım var- Son 30 ildə İran Azərbaycana nə dərəcədə köməkler etmişdir və kim bir sübut ortaya qoya bilər? Bəli biz İranla qonşuyuq, amma qardaş deyilik, bizlər üçün yalnız qardaş orda yaşayan, əzilən, hüquqları əlindən alınan, təhdid edilən Azərbaycan Türkləridir !

Mikayıl Əsədov.

Bunu paylaş: